Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Qur`an ayələrinin müəyyən bir qismi Allahın ne`mətləri barədə düşünməyi tövsiyə edir. Bu ne`mətlər barədə düşünən insan ona verilmiş ne`mətlərə görə ibadət və təşəkkürü özünə borc bilir.
“Rum” surəsinin 21-ci ayəsindən oxuyuruq: “Onun ayətlərindən biri də aramlığınız üçün sizə özünüzdən zövcələr yaratmasıdır. O, sizin aranızda dostluq və mərhəmət qərar verdi. Həqiqətən, bu işdə düşünən qövm üçün böyük ibrətlər vardır.” Ailə qurmazdan əvvəl müəyyən iztirablarla üzləşən insan mö`minə bir xanımla ailə qurduqdan sonra ruhən rahatlıq əldə edir. Bə`zi alimlərin tə`birincə tənha kəs “yarım insan”dırsa, ailə qurmuş şəxs “tam insan”dır. İnsan ailə qurmaqla yeni bir insaniyyət əldə edir. Bəli, o, ailə adlı bir ne`mətə çatır və Qur`an bu ne`mət barədə düşünməyi təklif edir.
Başqa bir ayədə oxuyuruq: “Sizə qorxu və ümid üçün ildırımı göstərməsi, göydən su nazil etməsi, bu su ilə ölmüş torpağı diriltməsi Onun qüdrəti nişanələrindəndir. Həqiqətən, bunda düşünənlər üçün böyük ibrətlər vardır.” İnsan düşünürmü ki, baharın gəlişi ilə təbiət dirilməsə dünya nə kökə düşər? Qısa müddət quraqlığa düçar olmuş torpağı gözləriniz önündə canlandırın. “Vaqiə” surəsinin 68-70-ci ayələ-rində buyurlur: “İçdiyiniz suyu görmürsünüzmü? Onu buluddan nazil edən sizsiniz, yoxsa biz? İstəsək onu acı edərik. Nə üçün şükr etmirsiniz?” Doğrudan da, dünyanın bütün su ehtiyacı şor olsaydı, insan nə edə bilərdi?! “Nəhl” surəsinin 68-69-cu ayələrində oxuyuruq: “Sənin Rəbbin bal arısına ilham etdi ki, dağlarda, ağaclarda, alaçıqlarda özünə yuva sal, bütün məhsullardan ye, sonra boyun əyərək Rəbbinin yolu ilə get. Qarınlarından insanlar üçün şəfa olan müxtəlif rənglərdə bal çıxır. Həqiqətən, bunda düşünənlər üçün böyük bir dəlil var.” Bal arısı tək kiçik bir mövcudda hansı xariqələr yaradılmışdır! İnsan gül şirəsini bala çevirən fabrik yarada bilərdimi?! Əgər yarada bilsəydi, bu fabrik hansı ölçüdə olardı?!
Bir sözlə, bütün faydalandıqlarımız ilahi ne`mətlərdir. Bir baxışla yüzlərlə ne`mət qeydə almaq olar. Bu ne`mətlərə qarşı kor olmayan insan ibadətdən həqiqi zövq alır.
Kitabın adı: Allaha doğru (əxlaq dərsləri)
Müəllif: Ustad Misbah Yəzdi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |