Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Qur`ani-kərimin əsrarəngiz mə`naları təfəkkür sorağındadır. Yalnız təfəkkürlü məxluq bu mə`naları anlayıb həqiqəti dərk edə bilər. Ağlını işə salmayanlar zahirən insan olsalar da həqiqətdə heyvandan fərqlənmirlər. Həqiqi insan beyni daim həqiqət axtarışındadır. “Ali İmran” surəsində buyurulduğu kimi, o, daim zikr edərək yaranış haqqında düşünür. Günəş, ay, ulduz və başqa ne`mətlər haqqında düşünən insan bu ne`mətlərin yaradıcısından qəflətdə qala bilməz.
Bəli, yalnız düşüncə yolu ilə qəflətdən qurtulmaq olar. Bu həmin düşüncədir ki, onun bir saatı bir ilin ibadətindən üstün tutulur. Söhbət o düşüncədən gedir ki, insan Allah və Onun sifətlərini, yaranış məqsədləri haqqında düşünərək deyir: “Ey Rəbbim, bizi boş yerə yaratmamısan.” Yaranışın məqsədli olduğunu anlayan insan ilk əvvəl varlıq aləminin bir parçası kimi özü haqqında düşünməyə başlayır. Nəhayət, mə`lum olur ki, varlıq aləminin yaranış məqsədi ilə insan arasında xüsusi bir əlaqə mövcuddur. “Bəqərə” surəsinin 29-cu ayəsində buyurulur: “Bütün yer üzündə olanları sizin üçün xəlq etdi.” Amma o da qeyd olunur ki, insan azad yaradıldı, səadət və ya bədbəxtlik yolunu seçmək onun öz ixtiyarına verildi. Demək, istər kamala çatan, istərsə də süquta uğrayan insan öz iradəsi ilə bunlara yetişir. “İnsan” surəsinin 3-cü ayəsində buyurulur: “Ona doğru yolu göstərmişik; istər şükr edən olsun, istərsə də nankor.” “Kəhf” surəsinin 29-cu ayəsində isə belə buyurulur: “Haqq Rəbinizdəndir. Kim istəsə inansın və kim istəsə inanmasın.” Yuxarıdakı mövzuda Qur’an təfəkkür vasitəsilə insanı məad inancına doğru sövq edir. İnsanın seçimini müəyyənləşdirib dəyərləndirmək üçün sorğunun gününün olması labüddür.
Beləcə, təfəkkür insanı pillə-pillə mə`rifətə çatdırıb onu öz insani vəzifələrindən xəbərdar edir. O, anlayır ki, insani şəxsiyyətlərini unu-danları əzab gözləyir. Elə bu zaman əllərini dua üçün açıb Allahdan yardım diləyir. “Rum” surəsində oxuyuruq: «Məgər onlar özləri düşün-mürlərmi ki, Allah göyləri və yeri, onların arasında olanları haqt olaraq müəyyən vaxt üçün yaratmışdır?» Demək, axirətə inanmağın da yolu təfəkkürdür. İnsan düşünməli və kafirlərə və`d olunmuş əzabdan qurtulmaq üçün şəkk-şübhələrdən qaçmalıdır.
Kitabın adı: Allaha doğru (əxlaq dərsləri)
Müəllif: Ustad Misbah Yəzdi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |