Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İman mövzusunda diqqəti cəlb edən məsələlərdən biri onun mərtəbələridir. İmanın müxtəlif dərəcələri vardır. “Mö`min” adlandırılan insanların iman dərəcələri bir-birindən fərqlənir. Bə`zi ayələrə nəzər salaq:
“Mö`minlər yalnız o şəxslərdir ki, Allahı yada saldıqda ürəkləri titrəyər, Allahın ayələri onlara oxunduqda imanları artar və öz Rəbblərinə təvəkkül edərlər”. ;“Mö`minlərin imanlarının üstünə iman artırmaq üçün onların qəlblərinə arxayınlıq nazil edən Odur”. ; “Camaat onlara deyəndə ki, “sizə qar-şı bir yerə yığışmışlar, onlardan qorxun”, onların imanları artırıldı”. “Mö`minlər müşrik dəstələrini gördükdə dedilər: “Bu, Allah və Onun rəsulunun bizə verdiyi və`ddir. Allah və Onun rəsulu düz demişlər”. Bu, yalnız onların iman və təslimçiliklərini artır-dı”.
Bu ayələrlə tanış olduqdan sonra heç bir şübhə qalmır ki, imanın dərəcələri var və bu dərəcələr artıb–azala bilər. Bə`zi rəvayətlərdə bu dərəcələr haqqında danışılmışdır. İmam Sadiq (ə) buyurur: “İmanın on dərəcəsi var. Səlman onuncu, Əbuzər doqquzuncu və Miqdad səkkizinci iman dərəcəsindədirlər”. Digər bir rəvayətdə buyurulur: “Allah-təala imanı yeddi paya bölüb: yaxşılıq, düzgünlük, yəqinliq, razılıq, vəfadarlıq, elm və dözüm. Sonra onu xalq arasında bölüb. Kiminə bir, kiminə iki və ya daha çox pay düşüb ... Bir pay imana malik olan şəxsə iki pay imanı olan şəxsin yükünü yükləməyin ... Onlar bu yükü daşıya bilməz”. Sonsuzluğa uzanmış şüanı sonsuz parçalara ayırmaq mümkün olduğu kimi imanın da dərəcələrini sonsuzluğadək artırmaq olar. Əgər iman on dərəcəyə bölünübsə hər bir dərəcənin özünü də dərəcələrə ayırmaq olar.
İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə çatmaq üçün istisnasız olaraq bütün dini göstərişlərə əməl etmək lazımdır. Əməl azaldıqca iman dərəcəsi də azalır. Amma hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir. Yalnız bütün dini göstərişləri qəlbən qəbul edib bu göstərişlərə əməl etmək fikirində olan insan imanın birinci pilləsinə qədəm qoyur. Qəlbən qəbul etdiyi buyuruqlara qismən əməl edən insan öz əməlinə uyğun iman mərtəbəsində yer tutur. Diqqət edin, söhbət qismən qəbul etməkdən yox, qismən əməl etməkdən gedir. Yə`ni hansısa bir ilahi göstərişi qəlbən qəbul etməyən insanda iman axtarmağa dəyməz. Allahı qəbul edən insan Onun qarşısında tam təslim olur. Allah qarşısında qismən təslimçilik məqbul deyil. Amma bütün dini buyuruqları qəlbən qəbul etmiş insan bu buyuruqlara qismən əməl edirsə, o, kafir yox, günahkar mö`min sayılır. Kafirin nöqsanı inamında, günahkarın nöqsanı isə əməlindədir. Günahkar şəxs kafir şəxsdən fərqli olaraq bütün həqiqətləri qəbul edir, sadəcə, nəfsin vəsvəsələri ucbatından əmələ münasibətdə süstlük göstərir.
Nöqsansız inam və nöqsansız əməl sahibləri “mə`sum”, yə`ni günahsız adlanır. İslam dini yalnız on dörd nəfəri mə`sum hesab edir. On dörd mə`sum dedikdə Həzrət Peyğəmbər (s), qızı Fatimə (s) və on iki imam nəzərdə tutulur. Sözsüz ki, bu on dörd nəfərdən başqa da günahsız adamlar ola bilər. Məsələn Xanım Zeynəb (ə), Həzrət Əbülfəzl Əbbas (ə) kimi ilahi şəxsiyyətləri günahkar hesab etmək olmaz. On dörd mə`sumu digərlərindən fərqləndirən isə onların günahsızlığına zamin durulmasıdır. Bu on dörd nəfərin günah-sızlığına e`tiqad şiə məzhəbində əsas şərtlər-dəndir. Amma başqalarını günahsız qəbul etmək şərt deyil.
Kitabın adı: Allaha doğru (əxlaq dərsləri)
Müəllif: Ustad Misbah Yəzdi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |