Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Ayə və hədislərdən mə`lum oldu ki, insan üçün yeganə səadət yolu Allaha, itaət iman və saleh əməldir. İmanın mərtəbələri var və o, dəyişgəndir. İmanın güclü və ya zəif olması əməldə üzə çıxır. Dini vəzifələrinə əməl edib, saleh işlər görənlərin imanı da güclüdür. Güclü imana malik insanlar günahdan çəkinir, hətta şübhəli işlərə də yol vermirlər.
Demək, insanı təkamülə aparan, onu həqiqi insan edən, onun insanlıq mərtəbəsini ucaldan yalnız imandır. İman nə qədər kamil olarsa kamillik də bir o qədər yuxarı olar. İnsanı süquta yetirən isə küfrdür. Küfrün də mərtəbələri var. O da əməldə zahir olur. Bə`zi insanlar cəhənnəmin dərin qatlarına quyusuna salınacaq qədər küfrə batırlar. İnsan imanla küfrün arasında da ola bilər. O, dayandığı nöqtədən bir addım irəli atarsa mö`min, bir addım geri atarsa kafir olar. Peyğəmbər və övliyaların işi özləri ilə yanaşı başqalarını da iman yolunda irəli aparmaqdır. Peyğəmbər yolunu seçənlər öz imanlarını artır-maqla insani kamilliklərini artırmaq fikrində olanlardırlar. Bu kamilliyə Allaha yaxınlaşmaq-la nail olmaq mümkündür.
Bəs imanı necə gücləndirmək olar? İmanın aşağı mərtəbəsində dayanmaq ona görə qorxuludur ki, insan bu nöqtədən çox asanlıqla küfr mərtəbəsinə enə bilər. Çünki imanın aşağı mərtəbəsi küfr sərhəddinin lap yaxınlığında-dır. İmanın yuxarı mərtəbəsi isə belə deyil. Bütün dünya yuxarı mərtəbədə durmuş insana hücum etsə, onun məqamını iynə ucu qədər dəyişə bilməz. Həzrət Əli (ə) imanın ən ali mərtəbəsi haqqında belə buyurur: “Əgər bütün pərdələr qaldırılsa, mənim yəqinliyim zərrə qədər də artırmaz”. Əlbəttə, belə bir ali mərtəbəyə az adamlar ucala bilir. Əgər peyğəmbər göstərən yolla getsək, bu yol bizi həmin zirvəyə aparar. Amma o zirvəyə nə qədər yaxınlaşmaq öz iradəmizdən asılıdır.
Kitabın adı: Allaha doğru (əxlaq dərsləri)
Müəllif: Ustad Misbah Yəzdi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |