Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Qeyd edildi ki, nəfsin tərbiyəsində ilkin mərhələ qəflətdən qurtulmaq və diqqətli olmaqdır. Növbəti mərhələdə insan öz istək və iradəsi ilə iman qazanmağa çalışmalıdır. Deyildi ki, iman məcburi iş deyil və ona çatmaqda insan iradəsi-nin rolu var.
O da mə`lum oldu ki, zikr və diqqət halının mərtəbələri olduğu kimi, imanın da mərtəbələri var və biz imanın dərəcələrini sübuta yetirən bə`zi ayələrə müraciət etdik.
Batini küfrdən qurtulmuş və cəhənnəmdən xilas olmaq üçün imanın ilk mərtəbəsi Allah və Onun sifətlərinə iman gətirməkdir. Bu iman cəm şəkildədir. Yə`ni Allahı qəbul edib onun bir sifətini inkar etmək, bir peyğəmbəri doğurçu, o birini yalançı bilmək, dini qəbul edib onun hansısa bir hökmünə qarşı çıxmaq iman deyil. Həqiqət tam şəkildə qəbul edilməlidir. Məsələn, bütün dini hökümləri qəbul edib, hicab hökmünü inkar edən insanın 999 hökmü qəbul etməsi faydasızdır. “Nisa” surəsinin 150-151–ci ayələri bu fikri təsdiqlədi.
Demək, imanın ilk mərtəbəsi bütün ilahi göstərişlərin, bütün peyğəmbərlərin, bütün şəriət hökümlərinin istisnasız olaraq, tam şəkildə qəbul etmişdir. Hətta qəlbin bir küncündə hansısa ilahi bir hökmə cüz`i e`tiraz olarsa bu e`tiraz küfr hesab olunur. Qeyd edildi ki belə bir küfr zahiri İslamla bir araya sığır. Yə`ni belə bir şəxs öz e`tirazını gizlədiyi halda cəmiyyətdə müsəlman kimi qəbul olunur. Belələri dünya həyatında müsəlmanlığın imtiyazlarından istifadə etsələr də, axirətdə əzab əhlidirlər.
İmanın mərtəbələri haqqında danışarkən bu da aydın oldu ki, bu mərtəbələr sonsuz saydadır. Adi insanlarla övliyaların, övliyalarla Həzrət Əlinin (ə) iman dərəcələri arasında fərq olduqca böyükdür. Həzrət Əli (ə) buyurur: “Əgər (xaliqlə xilqət arasındakı) bütün pərdələr qaldırılarsa imanım bir zərrə də artırılmayacaq”. Adi insan-ların imanı övliyaların imanı ilə müqayisədə dərya müqabilində bir damla suyu xatırladır.
İman dərəcələri arasındakı fərqlər insanların ibadətində, yol verdikləri günahlarda üzə çıxır. İnsanın ilahi razılığı qazanmaq yolunda göstərdiyi çalışqanlıq onun iman dərəcəsini göstərir.
Dedik ki, insanın elm və biliyi onun imanının göstəricisi deyil. Cəmiyyət fədakar insanlara ehtiyaclı olduğu vaxt şahid oluruq ki, bir çox savadsız insanlar Allah yolunda canından keçir. Nə inki şəhidlər, hətta bu şəhidlərin ata-analarının, ailə-övladlarının ruhiyyəsinə qibtə etməmək olmur. Bəli, əsl mö`min Allahın razılığını qazanmaq üçün canından belə keçməyə hazırdır.
İnsanı heyvandan fərqləndirən xüsusiyyətlərdən biri budur ki, onun istəyi bitib tükənmir. İmam Rahil buyurur ki, insan ilk əvvəl Allahdan bir qarın çörək və altına girmək üçün dam istəyir. Bu istəyə çatdıqdan sonra yavanlıq və abırlı ev fikirinə düşür. Arzular o qədər uzanır ki, insan nəhayətdə yer üzünə hakim olmaq istəyir. Bu məqamda ona yer kürəsini versən də sakitləşən deyil. O, aya çıxıb ulduzlara tamah salacaq. Bu xüsusiyyət bütün insanlarda var. Sonsuz kamilliyə çatmaq istəyi də bu xüsusiyyətin dəlilidir.
Maraqlıdır ki, öz sə`ylərində hədd-hüdud tanımayan insan Allaha yaxınlaşmaqda, mə`nəviy-yatını kamilləşdirməkdə süstlük göstərir. Heç nəyə qane olmayan insan necə olur ki, imanın ən aşağı mərtəbəsi ilə kifayətlənir. Doğrudanmı, insan behiştə ən aşağı məqamı bəs bilir? Bu ziddiyyətin əsl səbəbi insanın ruhunda mövcud olan zəiflik və xəstəlikdir. Zökəm insan dadlı xörəklərdən imtina etdiyi kimi, ruhən sağlam olmayan insan da mə`nəvi ləzzətlərdən imtina edir. Sağlam insan sonsuzluğa meyllidir və sonsuz kamilliyə biganəlik xəstəlik əlaməti hesab olunmalıdır.
İstənilən hər birimiz əmin olsaq ki, cəhənnəm yox, behiştə düşəcəyik dərhal rahatlaşarıq. Bəli, insan öz behişt məqamını ucaltmaq əvəzində dünya işlərinə məşğul olmağı üstün tutur. Bu münasibət iman zəifliyindən doğur.
Ey Rəbbimiz, bizi sonsuz kamala çatmaq arzusunda olanlardan qərar ver. Mən də övliyaların çatdığı uca məqama çatmaq istəyirəm. Mənə kömək ol sən bu məqamı biz insanlar üçün yaratmısan. Biz isə süstlük göstəririk. Bizi süstlükdən qurtar ya Rəbb!
Kitabın adı: Allaha doğru (əxlaq dərsləri)
Müəllif: Ustad Misbah Yəzdi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |