Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İmana mühüm tə`sir göstərən ikinci amil insanın istək və iradəsidir. İnsan həqiqəti tanıdıqdan sonra bu həqiqət qarşısında təslim olmazsa imana nail ola bilməz. Çox vaxt insan həqiqəti anlasa da onu inkar edir. Demək, imanı gücləndirməkdən ötrü ilk öncə onu qəbul etmək ruhiyyəsini gücləndirmək lazımdır.
Sual oluna bilər ki, insan bildiyi həqiqətə nə üçün boyun əyməməlidir? Çünki həqiqəti qəbul edən insan bir çox istəklərindən əl çəkməlidir. Həm nəfs, həm də həqiqət qarşısında eyni zamanda əyilmək qeyri-mümkündür. Elə buna görə də çoxları nəfs istəklərinə üstünlük verir. Həqiqəti ötəri həvəslərə qurban vermək ağılsızlıq olsa da insan bu yolu gedir. Qur`ani-kərim buna misal olaraq Fir`on ardıcıllarını göstərir. Əgər onlar Həzrət Musanın (ə) də`vətini qəbul edərdilərsə öz zül və sitəmlərindən əl çəkməli olacaqdılar. Onlarınsa belə bir fikri yox idi.
Həqiqət qarşısında təslim olmaq üçün istək və meyllər qarşısında məhdudiyyət qoymaq zəruridir. Bu həqiqətə zidd olan istəklərdən isə bir dəfəlik əl çəkmək lazımdır. Körpə uşağın qarşısında günah etməkdən çəkinən insan Allahın hüzurunda olduğunu dərk edərsə günaha necə yol verər? Bunun səbəbi günahdan gələn ləzzətin Allahı unutdur-masıdır. Rəvayətlərdə bildirilir ki, bə`zi günahlar insandan iman ruhunu alar və onu mö`minlər cərgəsindən çıxarar. Amma bir müddət sonra insan itaətsizlik halından çıxar və iman ruhu yenidən ona qayıdar. Deyilənlərdən belə mə`lum olur ki, günahla iman bir araya sığmır. İman dildə “Allah” demək yox, Allah qarşısında təslim olmaqdır. Allahın hüzurunda olduğuna inanan insan ən azı günaha cür`ət etməməlidir. Qiyamət sorğusuna əmin olan insan günaha yol verə bilməz. Günah edən insan ən azı bu günah müddətində Allahı yadından çıxarır.
İmanın birinci amili olan mə`rifəti güclən-dirmək üçün, qeyd edildi ki, elmlə məşğul olub həqiqəti anlamaq lazımdır. Bildiklərimizi unutmamaq üçün təkrar etməyimiz çox zəruridir. Amma bütün bunlar həqiqətlərin qəlbən qəbulu və təslimçilik üçün müqəddimədir. Əsas çətinlik məhz imanın ikinci amili olan təslimçilik ruhiyyəsini yaratmaqdır. Çoxları Allahın varlığın bilir, amma öz bəndəlik vəzifələrinə əməl etmir. Bilirik ki, namaz vacibdir və Allahın əmridir. Amma namaz qılmağa rəğbət-sizik. Qulağımıza Qur`an sədaları dəysə də bu sədalardan sevinc duymuruq. Əgər televizorun bir kanalında Qur`an tilavəti, o birində kinofilm göstərilirsə ikinciyə üstünlük veririk. Allahı sevən insan necə olur ki belə bir seçim edir? Bəlkə, heç belə bir məhəbbət mövcud deyil? “Zumər” surəsinin 45-ci ayəsində buyurulur: “Allah bir olaraq xatırlandığı zaman axirətə iman gətirməyənlərin qəlbləri sıxılar”. Bu ayəni diqqətlə təhlil etmək çox mühümdür. Nə üçün bə`ziləri Allahın adından ləzzət almır, hətta bə`ziləri bu adı eşidərkən qəzəblənirlər? Diqqət edin, buyurulur ki, bu insanların axirətə inamı yoxdur. Yə`ni insan Allahı yox, təkcə axirəti də inkar edə bilir. Demək, nəfsin cilovunu yığıb, onun istədiyi istiqamətdə çapmağağının qarşısı alınmalıdır. Nəfsi cilovlamaq elə də asan iş deyil və bundan ötürü bə`zi hazırlıqlara ehtiyac var. Bu işdə sadədən mürəkkəbə doğru hərəkət etmək lazımdır. Nəfsi addım-addım itaətə gətirmək lazımdır. Ona birdən-birə ağır tələblər irəli sürülərsə qısa müddətdən sonra öz üsyankar vəziyyətinə qayıdacaqdır. Nəfsi Allahla ünsiyyət, zikr və Qur`ana sövq etmək üçün çox incə bir proqram hazırlamaq lazımdır. Ümid edək ki, Allah-təalanın yardımı, Qur`an və Əhli-beytin göstərişləri vasitəsi ilə belə proqram hazırlayacaq, təkamül yolunda bir addım qabağa gedə biləcəyik. Özünütərbiyə günbə-gün Allaha yaxınlaşmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün imanın ikinci ünsürü haqqında ətraflı danışacağıq.
Kitabın adı: Allaha doğru (əxlaq dərsləri)
Müəllif: Ustad Misbah Yəzdi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |