وَأمَّا حَقُّ الهَدْيِ فَأَنْ تُخلِصَ بهَا الإرَادَةَ إلَى رَبكَ وَالتَّعَرُّضَ لِرَحْمَتِهِ وَقَبُولِهِ ولا تُرِيدَ عُيُونَ النَّاظِرِينَ دُونهُ، فإذَا كُنْتَ كَذَلِكَ لَمْ تَكُنْ مُتَكَلِّفًا ولا مُتَصَنِّعًا وَكُنْتَ إنَّمَا تَقْصِدُ إلَى الله. وَاعْلَمْ أَنَّ الله يُرَادُ بالْيَسيرِ وَلا يُرَادُ بالْعسِيرِ كَمَا أَرَادَ بخَلْقِهِ التَّيْسِيرَ وَلَمْ يُرِدْ بهِمُ التَّعْسِيرَ، وَكَذَلِكَ التَّذَلُّلَ أَوْلَى بكَ مِن التَّدَهْقُنِ لأَنَّ الْكُلْفَةَ وَالْمَئونَةَ فِي الْمُتَدَهْقِنِينَ. فَأمَّا التَّذَلُّلُ وَالتَّمَسْكُنُ فَلا كُلْفَةَ فِيهِمَا وَلا مَئونةَ عَلَيْهِمَا لأَنَّهُمَا الْخِلْقَةَ وهُمَا مَوجُودَانِ فِي الطَّبيعَةِ. وَلا قُوَّةَ إلا باللهِ
Qurbanlığın haqqı odur ki, onu xalis Allaha xatir kəsməyi iradə edib, yalnız, Onun rəhməti ilə qəbul olunmasını dilə. (Qurbanlığını təkcə Ona xatir kəs) Öz qurban kəsməkliyini əhalinin gözü qabağında onların başına minnət qoyma. Əgər minnət qoymasan, özünü bəhrəsiz zəhmətə salmazsan və əməlin xalis olar. Həqiqətdə, sənin bu əməlində niyyətin Allah olmalıdır.
Bil ki, Allah dərgahında asanlıqla yük tutmaq olar və çox da zəhmətə ehtiyac yoxdur. Allah-taala, bəndələrin təkliflərini asanlaşdırdığı kimi onları zəhmətə də salmaq istəmir!
Həmçinin, Allah dərgahında təkəbbürçülük izhar etməkdənsə, təvazökar olmaqlığın sənin üçün daha yaxşıdır. Çünki, zəhmət və özünü öymək, rəyasət tələb və onlar kimilərə aiddir. Amma təvazökar olmaqlığın nə zəhməti var, nə də xərci vardır. Çünki, insanın təbiətinə və fitrətinə uyğundur. İnsan da, təbiət də məxluqdur. Allahdan başqa heç bir güc-qüdrət yoxdur!”
"Hədy" (qurban) sözü ərəbcədən, həccdə və Betullahil-həramda kəsilən qurbanlığa deyilir. Amma, başqa qurbanlığa ərəbcə "uzhiyyə" deyilir. Belə adlanmanın səbəbi, qurbanlığın Kəbəyə olan ehtiramı və kəramətinə görədir. "Hədy" sözü, hidayət və lütf mənasındadır. Yaxud, qurbanlığın Kəbə və Hərəmə xatir kəsilməsidir. Məsələn deyilir: "Hədəl ərus ila bəliha." Gəlini ərinin evinə tərəf apardılar.(Qamus Quran. cild.«, səh.150 ) Quranda oxuyuruq: "Qurbanlığı öz yerinə çatdırmayınca başlarınızı qırxdırmayın!”(Bəqərə surəsi, ayə:196 )
"Hədiyyə”yə, lüğət kitabı "Müfrədat”a əsasən, o səbəbdən hədiyyə deyirlər ki, bəzilərindən digərlərinə olan lütf və mərhəmətdir. Səba Mələkəsinin Süleyman (əleyhissalam)-a hədiyyə göndərməsi barəsində Quranda oxuyuruq: "Mən onlara hədiyyə göndərəcəyəm. Görüm göndərdiklərim nə ilə qayıdacaqlar?”(Nəml surəsi, ayə:35 )
"Hədy" (qurbanlıq) sözü, Quranda yeddi dəfə gəlmişdir. Hamısı da həcc və ümrədə kəsilmiş qurbanlıq mənasındadır.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi