Həcc və Allahdan başqasını çağırma!
İmam Səccad (əleyhissalam) eşidir ki, bir nəfər həccdə başqasına əl açır. Buyurur: "Vay olsun sənə! Belə bir müqəddəs məkanda Allahdan başqasına əl açırsan? Halbuki, bu gün Allahın rəhməti elə genişdir ki, ola bilsin, dağların qoynundakılar da bu ümumi rəhmətə aid olub, xoşbəxt və səadətli olsunlar.”(Həcc, bərnameyi təkamül, səh. 228 )
Mərhum Feyz Kaşani, bu hədisin şərhində buyurur: Hər bir şeyin xoşbəxtliyi öz halına uyğundur. Beləliklə, dağların qoynundakıların səadəti ola bilsin, bu olsun ki, dağda bitkilər bitir, çox dəyişikliklərdən sonra nütfəyə çevrilər və ondan xoşbəxt insan vücuda gələr.
"Müstədrək" kitabında nəql olunan başqa bir rəvayətdə "dağlar" kəlməsinin yerində "hamilə qadınlar" gəlmişdir. Belə olan halda hədisin mənası daha da aydın olar.
Bir nəfər "Məscidül-həram”da, İmam Sadiq (əleyhissalam)-dan soruşur: Kimin günahı hamının günahından böyükdür? İmam buyurur:
"Hər kim bu iki dayanacaqda - "Ərəfə və Məşərdə"- dayansa, bu iki dağ (Səfa və Mərvə) arasında səy edə, bu evin (Kəbə) ətrafında dolana, İbrahimin məqamında namaz qıla, bütün bu əməllərdən sonra öz yanında deyə, yaxud güman edə ki, Allah hələ onu bağışlamayıb. Bu insanın Həcc və Allahdan başqasını çağırma!günahı hamının günahından böyükdür."(Yəni, Allahdan ümidi üzmək və rəhmətindən məyus olmaq ən böyük günahdır)
Yenə İmam Sadiq (əleyhissalam) buyurur:"Hər bir şəhərdən və ya kənddən bir nəfər Ərəfədə dayansa, Allah-taala o şəhərin və kəndin bütün imanlı şəxslərinin günahlarını bağışlayar. Həmçinin, hər bir imanlı ailədən bir nəfər həccdə, Ərəfədə dayansa, Allahın rəhmət və əfvi onun bütün ailə üzvünə aid olar.”
Əlbəttə, diqqət etmək lazımdır ki, imanın əsas qaynağı, təqvalı olmaqdır. İmansız və dini qəbul etməyənlər bu rəhmətdən xaricdirlər.
Həccə dəvət, Allahın insana minnəti!
Allah-taala, insana minnət qoyaraq kəramət tacını onun başına qoyur, yatmış fitrətini oyadır, haqqı tanımaq hissini və şükr etmək meylini onda dirçəltməklə həccə və evini (Kəbəni) təvaf etməyə dəvət edir. Buyurur:
"Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib, o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur.”(Ali İmran surəsi, ayə:97 )
Yəni, sən ki, fitrətinə əsasən, haqqı tanıyansan və Mən də sənin Xaliqin və mütləq şəkildə ruzi verəninəm, deməli bu haqq varımdı ki, şükr etməkdən ötrü səni Öz evimə dəvət edib, ziyarət etməyini elan edim.
Həccin təəccüblü bərəkətləri
Allah-taala tərəfindən Kəbə evinin zəvvarına əta etdiyi xeyir və bərəkətin əzəmətini dərk etməkdən və bu savabın bir guşəsini bilməkdən ötrü rəvayətlərə müraciət edək. (Əlbəttə, əvvəlcədən bir sıra rəvayətlərə işarə etmişdik)
Səd Əskaf nəql edir: İmam Baqir (əleyhissalam)-dan eşitdim ki, buyurur:(Həcc, bərnameyi təkamül, səh. 48 )Həccə azim olan şəxs, müqəddəmat işlərini gördükdə, həccin işinə aid hər bir işdən ötrü atdığı hər bir addıma, Allah-taala, on ehsan yazar və on günahından keçər, on dəfə məqamı Allah yanında yuxarı qalxar. Müqəddəmat işlərini qurtarıb evdən çıxıb yola düşdükcə ali mərtəbələrə çatar"
Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam) buyurur:
"Həccdən qayıdan hacılar üç dəstədirlər: Bir dəstəsi Cəhənnəm atəşindən xilas olanlardır. Bir dəstəsi anadan təzə doğulmuş uşaq kimi günahlardan xaric olub gələrlər. Üçüncü dəstə isə mal-dövlət və əhli-əyalının öz yerində sağlam olması halında qayıdarlar. Bu, hacıya aid olan ən az bəhrədir.(Həcc, bərnameyi təkamül, səh. 4 )
Onların arasındakı fərqlər də aydındır. Çünki, niyyətlər fərq edir. Fərq, Kəbə evinin sahibinin tanınması, ibadətin şirinliyini dərk etmək və həcc əməllərindən təsir alınmasındadır.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi