İstədiyiniz vaxt yuxudan oyanmağın qəribə sirri
Şeyx Bəhai (r.ə) "Miftahul-fəlah" kitabında İmam Cəfər Sadiqin (ə) belə buyurduğunu nəql etmişdi: "Hər kəs yatan vaxtı "Kəhf" surəsinin sonuncu ayəsini oxuyarsa, niyyət etdiyi istənilən saatda yuxudan oyanar".
Şeyx Bəhai (r.ə) buyurmuşdur: "Bu, təcrübə olunmuş və haqqında heç bir şübhə olmayan qəribə sirlərdən sayılır".
Ayə belədir:
قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا
Oxunuşu: "Qul innəma ənə bəşərun mislikum. Yuha iləyyə ənnəma ilahukum ilahun vahid. Fəmən kanə yərcu liqaə Rəbbihi fəl-yəməl əmələn salihən və la yuşrik biibadəti Rəbbihi əhəda".
Tərcüməsi: "De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!”