Yatan zaman ediləsi müstəhəb əməllər
İki rəkət vüteyrə namazı qılırsan. Vüteyrə namazı işa namazından sonra qılınan nafilədir və müstəhəbdir ki, bu namazda Qur'ani kərimdən yüz ayə oxunsun. Yaxşı olar ki, birinci rəkətdə həmmdən sonra Vaqiə, ikinci rəkətdə isə həmddən sonra Tovhid surəsi oxunsun. Namazın salamından sonra istədiyin duanı oxuyursan.
Yatmaq istəyəndə, təharətli olub, günahlarından tövbə etməlisən. Yatan vaxtı gecə namazını qılmaq üçün yerindən qalxmagı niyyət edirsən. Çünki, gecə namazı dünya və axirətdə mö'minin fəxri və zinətidir.
Yatanda, Qulhuvəllahu əhəd, Əlhakumut-təkasur və Ayətəl-kursini oxuyub, daha sonra üç dəfə deyirsən:
"Əlhəmdulillahilləzi əla fəqəhərə vəl-həmdulillahilləzi bətənə fəxəbərə vəl-həmdulillahilkəzi mələkə fəqədərə vəl-həmdulillailləzi yuhyil-məvta və yumutul-əhya və huvə əla kulli şəyin qədir."
İstədiyin vaxt yuxudan oyanmaq üçün oxu
Gecə namazı qılmaq və ya başqa iş üçün gecənin müəyyən vaxtı yuxudan durmaq istəsən, mübarək Kəhf surəsinin axırıncı ayəsini oxu: Qul innəma ənə bəşərun mislukum yuha iləyyə ənnəma ilahukum ilahun vahidun fəmən kanə yərcu liqaə rəbbihi fəlyə'məl əmələn salihən və ya yuşrik biibadəti rəbbihi əhədən.
Kitabın adı: Məfatihul cinan
Müəllif: Şeyx Abbas Qumi