
Məbəs bayramı ən böyük bayramlardan biridir. Hz. Muhəmmədin (s.a.s) peyğəmbərliyə yetişən günüdür. Hz. Cəbrail bir neçə əməl gətirmişdir;
1. Qüsl almaq
2. Oruc tutmaq (bu günün orucu, ildə ən savablı 4 gündən biridir və yetmiş ilin orucuna bərabərdir.
3. Çoxlu salavat çevirmək.
4. Rəsulullahndan əmirəl möminini ziyarət etmək.
5. Kəf'əmi "misbah" da rəyyan ibn səltdən nəql edərək buyurur ki, imam cavad (ə) Bağdadda ikən rəcəb ayının 15-i və 27-si bütün qohumlarını başına yığıb oruc tutardı. Bizə də 12 rükət (iki-iki) namaz qılmağı əmr etdi ki, hər iki rəkətdən sonra, Həmd, Fələq, Nas surələrin 4 dəfə Təsbihati Ərbəəni 4 dəfə "Allahu Allahu Rəbbi la uşriku bihi şey'a" və, La uşriku bi Rəbbi əhədə" zikrlərinin hərəsini 4 dəfə oxumaq lazımdı... bunuda qeyd edim ki, bu əməllər isə 27-sinə aiddir gecəsinə yox, gündüzünə.
Bu gecə "Məbəs" bayramının gecəsidir və onda bir neçə əməl var...
1.Kəf'əmi Misbahda deyir: imam Cavadin (ə) belə buyurduğun nəql edir: Rəcəb ayında belə bir gecə var ki, Günəş saçan şeylərin hamısından yaxşıdır və o, bu gecədir. Peyğəmbər (s) bu gecədə peyğəmbərliyə seçilmişdir. Həqiqətən, bu gecənin savabı bizim şiələr üçün 60 ilin savabina bərabərdir. Həzrətdən soruşdular: o gecədə hansı əməlləri yerinə yetirmək lazımdır? Həzrət buyurdu: işa namazını qıldıqdan sonra yatırsan. Gecənin ortasında nə vaxt istəsən ayağa qalxıb, 12 rəkət namaz qılırsan. Hər rəkətdə, "Həmd" surəsindən sonra axırda olan kiçik surələrdən (Məhəmməd surəsindən sonra axıra qədər olan surələr) birini oxuyursan. Salam verdikdən sonra oturub, hər iki rükətin axırında, 7 dəfə "Həmd" "Fələq" "Nas" "İxlas" "Kafirun" "Qədr" surələrini və Ayətəl-kürsini oxumaq lazımdır. Hamini axırında bu duanı oxu:
(Əlhəmdu lillahilləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zull, və kəbbirhu təkbira, Əllahummə inni əs'əlukə biməaqidə izzik, əla ərkani ərşik , və mintəhər rəhməti min kitabik və bismikəl ə'əzəmil ə'zəmil ə'zəm, və zikrikəl ə'ləl ə'ləl ə'la, və bi kəlimatikət tammat ən tusəlliyə əla Muhəmmədin və alih və ən təf ələ bi ma əntə əhluh.)
Sonra istədiyin duanı oxu. Bu gecə qüsl almaq müstəhəbdir.
2. Bu gecənin ən fəzilətli əməllərindən biri də həzrəti Əmirəl mömini ziyarət etməkdir (ziyarətnamə oxumaqdır). Qeyd edim ki, bu əməllər bu gün 12-dən sonraya aiddir, yəni 27-sinə keçən gecə...
Mənbə: ''Məfatihul cinan" kitabı