Həzrət Rəsul (s.v.s) buyurub: "Rəcəb-Allahın ayı, şəban mənim ayım, Ramazan isə ümmətimin ayıdır. Hər kəs Rəcəb ayında heç olmasa bir gün oruc tutarsa, onun bu əməli Allaha xoş gedər və İlahi qəzəb ondan uzaq olar.”
Həzrəti Rəsul buyurur:-"Hər kim Rəcəb ayının axırında bir gün oruc tutsa, Allah-təala ölüm ayağında onun can verməyini asanlaşdırar, həmin şəxsi qəbir əzabından xilas edər. Hər kim bu ayın axırında iki gün oruc tutsa,o, sirat körpüsündən asanlıqla keçər və hər kəs Rəcəb ayının axırıncı gününü oruc tutsa –o, qiyamətin böyük qorxusundan əmin-amanlıqda olar və cəhənnəm atəşində yanmaqdan ona Allah-təala bəraət verər.”
Beləliklə, Rəcəb ayının fəzilətləri bu Allah ayında oruc tutmağın savabı olduqca çoxdur. Və onları sadalamaqla qurtarmaz.
Rəvayət olunub ki, hər kəs hətta oruc tutmaq iqtudarında olmasa belə, əgər o şəxs gündə 100 dəfə aşağıdakı "təsbihatı” zikr etsə-o günlərin orucunun savabını qazanar.
"Sübhanəl-lahil-cəlil. Sübhanə mən la yənbəğit-təsbihu illa ləhu. Sübhanəl-əzizil-əkrəm. Sübhanə mən ləbisəl-izzə və huvə ləhhu əhlun.”
Bir nəfər İmam Sadiq (ə)-ə belə ərz etdi:-"Sənə fəda olum, bu Rəcəb ayında bizə bir dua təlim et ki, onu oxuduqda Allah-təaladan fayda əldə etmiş olaq.”
Həzrət cavabında buyurdu:-yaz "Bismillahir-rəhmanir-rəhim!” Və bu duanı hər gün Rəcəb ayının sübh və şamında, həmçinin gündəlik namazlarından sonra oxu:
"Ya mən ərcuhu likulli xeyr və amənə səxətəhu ində kulli şərr. Ya mən yutilkəsirə bil-qəlil. Ya mən yuti mən səələhu. Ya mən yuti mən ləm yəsəlhu və mən ləm yərifhu, təhənnunən minhu və rəhmətən. Ətini biməsələti, iyyakə cəmiə xeyrid-dunya və cəmiə xeyril-axirətil.Vəsrif ənni biməsələti iyyakə cəmiə şərrid-dunya və şərril axirəti. Fəinnəhu ğəyru mənqusin məəteytə və zidni min fəzlikə, ya kərim!”
Ravi deyir ki:-Bu duanı Həzrət imam (ə) oxuduqdan sonra sol əli ilə mübarək saqqalını ovcunda tutub, sağ əlini şəhadət barmağı ilə sağa-sola hərəkət etməklə duanı bu cür tamamladı: "Ya zəl –cəlali vəl-ikram. Ya zənnə mai vəl-cud, ya zəl-mənni vət-təvl. Hərrim şeybəti ələn-nar.”
Mənbə: "Allaha pənah, Allaha təvəkkül" kitabı