Aşura günün gecəsinin əməlləri
Onuncu günün gecəsi: Aşura gününün gecəsidir. Seyid Tavus bu
gecə üçün çox sayda namaz və dualar zikr etmişdir. O cümlədən yüz
rükət namaz vardır ki, hər rükətində "Həmd” surəsindən sonra üç dəfə "tövhid” deyilir və sonra bu duanı oxuyursan: "Allah
münəzzəhdir, Allaha həmd olsun, Allahdan başqa məbud yoxdur.
Allah böyükdür”
Başqa bir hədisdə tövbə etmək də zikr edilmişdir. Gecənin sonunda
dörd rükət namaz zikr edilmişdir ki, hər bir rükətində "Həmddən”
sonra "Ayətil-kürsünün” hər hansı bir ayəsi, "Tövhid”, "Nas”, "Fələq”
surələrini on dəfə oxumaq. Salamdan sonra yüz dəfə "Tövhid”
surəsini oxumaq. Başqa bir namaz dörd rükətli namaz vardır ki, hər
rükətində "Həmddən” sonra 50 dəfə "Tövhid” surəsini oxumaq
lazımdır. Bu namaz Əmirəl-möminin (ə) namazına bərabərdir və çox
fəzilətlidir. Namazdan sonra Allahı çoxlu zikr edin və Peyğəmbərə (s)
salavat göndərin. Nə qədər bacarırsınızsa əhli-beytin düşmənlərinə
lənət deyin. Bu gecədə ibadət etmək bütün mələklərin ibadəti kimidir.
Bu gecənin ibadəti 70 ilin ibadətinə bərabərdir. Əgər bir kəs bu gecə
Kərbəlada olarsa, İmam Hüseyni (ə) ziyarət etsin və o Həzrətin
hərəminin yanında səhərə qədər dua etsin. Allah onu, şəhidlər
sırasında məhşur edər.
Kitabın adı: Mənəvi xəzinələr
Müəllif: Rza Cahid