Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Gecə namazının fəzilətləri
Gecə namazı barədə Peyğəmbər(s) və imamlardan bir çox hədis və rəvayətlər vardır. Onlardan bir neçəsini qeyd edirik.
قال الصادق(ع): شرف المؤمن صلاته بااليل
İmam Sadiq(ə) buyurur: “Gecə namazı qılmaq möminin şərəfidir.”
قال رسول الله(ع): من كثرت صلاته بااليل حسن وجهه بالنهار
Həzrət Peyğəmbər(s) buyurur: “Gecələr çox namaz qılan şəxsin gündüzlər üzü nurani olar.”
Allah təala gecə namazını Peyğəmbər(s)-ə vacib etmişdir. Belə ki, gecə yuxudan ayılıb iki rəkətini qılmalı. Bir az keçdikdə yenə iki rəkətini qılmalı idi. Səhərə qədər yuxudan ayılıb iki rəkət, iki rəkət qılmalı idi. Çünki Allah təala gecə namazını ona belə vacib etmişdir.
Ərəb dilində belə bir şer vardır ki, mən onun yalnız tərcüməsini qeyd edirəm. “Mən təəccüb edirəm ki, gecələr aşiq eşqin gücündən necə yatır? Bir halda ki, aşiqə yuxu haram olub.
Allah gecə namazı qılanın həm üzünü ağ edər, həm də ruzisini artırar.
قال الصادق(ع): صلاة اليل يبيض الوجه و تجلب الرزق
İmam Sadiq(ə) buyurur: “Gecə namazı insanın üzünü nurani edər və ruzini artırar.”
قال رسول الله(ص): ما زال جبرئيل يوصنى بقيام اليل حتى ظننت ان خيار امتى لن ينامو من اليل الا قليلا
Həzrət Peyğəmbər(s) buyurur: “Həzrət Cəbrail gecə namazını mənə o qədər tövsiyə edərdi ki, elə bilirdim mənim ümmətim gərək gecələrin az miqdarını yatmalıdır.”
İnsan gecə namazı qılmaqla Allahın razılığını qazanır.
قال على(ع): قيام اليل مصححة لبدن و تمسك باخلاق النبيين و رضى رب العالمين
Həzrət Əli(ə) buyurur: “Gecə namazı bədənin sağlamlığı, peyğəmbərlərin əxlaqını insanda təcəssüm etdirər və Allahın razılığına səbəb olar. ”
Kitabın adı: İmam Hüseyn (ə) məktəbi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |