Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
3. Gecə namazı
Nafilələrin arasında gecə namazı daha artıq fəzilətə malikdir. Belə ki, Qur’anda və hədislərdə onun barəsində çoxlu tə’kid və tövsiyələr gözə dəyir. Mütəal Allah Peyğəmbəri-Əkrəmə (s.ə.v.v) buyurur: “ Gecənin bir qismini qalxıb namaza məşğul ol . Bu , sənin üçün müstəhəbdir . Bununla Allah səni bəyənilmiş bir məqama məb ’ us edəcək .”
Allah Öz xalis bəndələrini tə’rif edərkən buyurur: “ O kəslər ki , gecəni Pərvərdigarları üçün səcdə və qiyam halında keçirirlər .”
Mö’minlərin vəsfində buyurulur: “ Gecə yataqlarından dururlar . Həm qorxu , həm də ümidlə Allahı çağırırlar . Onlara verdiyimizdən infaq edirlər . Heç kəs bilmir ki , əməlləri müqabilində onları necə ne ’ mətlər gözləyir !”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “ Mütəal Allah dünyaya vəhy etdi ki , sənə xidmət edənləri çətinliyə sal , səni tərk edənlərə xidmət et . Allahın bəndəsi gecə qaranlığında Pərvərdigarı ilə xəlvətdə münacat edərkən Allah onun qəlbini nurani edir . O , “ ey mənim Rəbbim ” deyərkən Allah tərəfindən belə nida olunur : “ Bəli , ey Mənim bəndəm ! Nə istəyirsənsə istə , əta edəcəyəm . Mənə təvəkkül et ki , sənə kifayət edim .” Sonra Allah mələklərinə buyurar: “ Baxın bəndəmə , görün gecə qaranlığında Mənimlə necə münacat edir , halbuki , dünya əhli bihudə və boş - boş işlərlə məşğuldurlar , qafillər yuxudadırlar . Siz şahid olun ki , Mən bu bəndəmi bağışladım .”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) yenə buyurur: “ Mənim ümmətimin ən şərəfliləri Qur ’ anı öyrənənlər və gecəni oyaq qalanlardır ( ibadətlə keçirənlərdir ).”
O Həzrət (s.ə.v.v) yenə buyurur: “ Cəbrail gecə namazı barəsində o qədər tövsiyə etdi ki , ümmətimin yaxşılarının gecəni yatmayacağını güman etdim .”
Başqa bir hədisdə isə belə buyurur: “ Gecə yarısı qılınan iki rək ’ ət namaz mənim üçün dünya və onda olanlardan daha sevimlidir .”
İmam Cə’fər Sadiq (ə) buyurur: “ Gecə namazı qılmaq üzü gözəl , əxlaqı yaxşı , insanı ətirli edir . Ruzini artırır , borcu əda edir , qəm - qüssəni aradan qaldırır və gözə nuranilik verir .”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “ Gecə namazı Allahın razılığını , mələklərin məhəbbətini qazanmaq üçün bir vasitədir . Gecə namazı peyğəmbərlərin sünnəsi , mə ’ rifət nuru , imanın köküdür ( çünki iman gecə namazı vasitəsilə güclənir ). O , bədəni aramlaşdırır , şeytanı qəzəbləndirir . O , düşmənlər əleyhinə çəkilən bir silah , duaların və əməllərin qəbul olunması üçün bir vasitədir . İnsanın ruzisinə bərəkət verir , Ölüm mələyi ilə namaz qılan arasında şəfaətçi olur . O , qəbrin çırağı və döşəməsi , Münkərlə Nəkirin cavabıdır , qiyamətə qədər qəbirdə namaz qılanın ziyarətçisi və munisi olacaqdır . Qiyamət bərpa olan zaman namaz onun başına kölgə salacaqdır . Onun başında bir tac , bədənində bir paltar olacaqdır , onun qarşısındakı bir nur onunla cəhənnəm atəşi arasında bir pərdə salacaqdır . Mö ’ min üçün Allahın yanında bir höccət , əməl tərəzisinin ağırlaşma vasitəsi , siratdan keçmə hökmü , behiştin açarıdır . Çünki namaz təkbir , həmd , təsbih , təqdis , tə ’ zim , qiraət və duadan ibarətdir . Həqiqətən vaxtında qılınan namaz əməllərin ən fəzilətlisidir .”
Gecə namazının fəziləti barəsində çoxlu ayə və rəvayətlər vardır. Gecə namazını qılmaq peyğəmbərlərin və Allah övliyalarının adətidir. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və onun Əhli beytindən olan mə’sum imamlar (ə) gecə namazına xüsusi diqqət və əhəmiyyət vermişlər. Allah övliyaları və ariflər gecə namazına davamiyyət vasitəsilə, səhər sübh namazından qabaq zikr və duaya məşğul olduqlarından ali məqamlara çatmışlar. Allahın bəndəsinin sübh namazından qabaq yuxudan duraraq özünün yumşaq yorğan döşəyini tərk edib dəstəmaz alaraq gecə qaranlığında gözlər yuxuda olan zaman Pərvərdigari-Aləmin hüzurunda dayanması, Onunla raz-niyaz etməsi necə də çox gözəl bir işdir. O, bu me’rac vasitəsilə yüksək aləmlərə seyr edir, asimanların mələkləri ilə yoldaş olur, Allaha təsbih, təqdis deməyə məşğul olur. Belə bir halda onun qəlbi Allah nurunun saçma mərkəzinə çevrilir, ilahi cazibələrlə qürb məqamına doğru yüksəlir.
Gecə namazının qılınma qaydası
Gecə namazı on bir rək’ətdir. İki rək’ət-iki rək’ət (sübh namazı kimi) qılınır. Dörd dənə iki rək’əti gecə namazı niyyəti ilə, beşinci iki rək’ətlik namaz «şəf’» namazı niyyəti ilə, axırıncı bir rək’ət də «vətr» namazı niyyəti ilə qılınır. Gecə namazı üçün xüsusi dualar və ədəblər qeyd olunmuşdur. Bunları dua və hədis kitablarından oxuya bilərsiniz.
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |