Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İstiğfar (Bağışlanma diləmək)
Oğul, qəsavəti-qəlbə mübtəla olmaqdan özünü gözlə ki, lap çox məzəmmət olunan sifətlərdəndir. Sənə yazmağı söz verdiyim “Ədəb” kitabının axırında qəlbə qəsavət gətirən şeyləri ola bilsin qeyd edəm.
Oğul, (Allah sənə nəfsinə qalib gəlməkdə kömək olsun) təkəbbür və (yersiz) qürurdan çox uzaq ol. Mən şəxsi təcrübəmdən deyirəm, Mütəal Allah həmişə təkəbbürlü adamı zəlil edər və burnunu ovar. Doğrusu qürurlandığım hər bir şeydən həmişə Allah ümidimi kəsmiş və məni məyus etmişdir. Çoxları olub ki, hər bir şeyə qürurlanarkən Allah onları ağla gəlməz, qəribə yollarla zəlil edibdir. Hədislərdə deyilib ki, Allah təkəbbürlü, məğrurcasına yeriyən kimsəni özünə düşmən bilər. Hər kim yer üzərində təkəbbürlə və saymazyana yeriyərsə ona yer, yerin altındakılar və göydəkilər lənət edərlər.
Təkəbbürlü şəxs yer və göylərin sahibi olan Allahın düşmənidir. Oğul, səndən nə gizlədim təkəbbür, saymazyanalıq və dikbaşlıq səfehliyin əlamətləridir. Çünki aqil insan nədən yarandığını, axırda nə olacağını və hal-hazırda nə daşıdığını dərk edərsə onun təkəbbürlüyü səfehlikdir. Bu səbəbdəndir ki, imamlarımız bəni-adəmin əvvəli nütfə, axırı meyit və yaşadığı dövrdə isə qarnında nəcis daşıdığı halda təkəbbür etməsinə təəccüb etmişlər. Hətta hədislərdə deyilib ki, nəcisin yaradılmasının səbəbi insanın təkəbbür etməsinin qarşısını almaq üçündür.
Oğul, nəfsini təkəbbür, qürur və buna oxşar sifətlərdən qoru ki, hədislərdə var: Hər kim öz bər-bəzəkli paltarlarını geyib qürurlanarsa behiştin ətri onun burnuna yetişməyəcəkdir, Allah onun qəbrini cəhənnəm atəşi ilə doldurar və Qaruna yoldaş olar. Çünki Qarun, birinci kəsdir ki, qüruruna görə Allah onu öz evilə birgə torpağın altına çəkdi. Həmçinin, başqalarının sənə ehtiram əlaməti olaraq ayaq üstə durduğu halda sənin əyləşməyin təkəbbürlüyün əlamətlərindəndir. Hədisdə deyilib hər kim cəhənnəm əhlini görmək istəsə ətrafındakıların ayaq üstə durduğu halda mütəkəbbiranə oturmuş adama baxsın.
Məsum imamlarımız təkəbbürün əlacı üçün yollar göstərmişlər, məsələn” o yamaqlı paltarlar və cırıq (yaxud köhnə) ayaqqabı geymək, surəti torpağa sürtmək (səcdə), çiyində yük götürüb bazardan evə aparmaq, ulaq minmək, keçi sağmaq, yoxsullarla birgə əyləşmək və sair (lakin hal-hazırda indiki zamana uyğun olmalıdır). Mütəal Allah bəzilərinin təkəbbürünə görə əlindən çox böyük nemətləri almışdır. Hətta Yusif peyğəmbərin o hərəkət və rəftarından sonra onun nəslindən peyğəmbər-lik götürülmüşdür. Bunların ən dəhşətlisi Mütəal Allahın Şeytanın təkəbbür edib Adəmə səcdə etmədi-yinə görə öz yanından (ən böyük nemət) qovmasıdır.
Oğul, özünü təkəbbürdən saxla, himayət et. Hətta təkəbbürün zərərlərindən uzaq olub, qurtulasan. Oğul, təvazökar ol ki, dünya və axirətdə xeyirə çatasan. Hədisdə deyilib ki, təvazökarlıq insanın məqamını yüksəldər, ona şərəf gətirər, hikmətə yol açar, cisim və ruhunda Allahdan qorxu və həya toxumlarını səpər.
Tam, həqiqi şərəf yalnız Allaha xatir təvazö edənlərdə nöqsansız qala bilər. Mütəal Allah təvazökar bəndə ilə mələklərə fəxr edər. Hər bir insanın boynu bir mələk əlindədir ki, təkəbbürlük etdiyi vaxt onun boynunu yerə sarı çəkib, deyər: “təvazö et, Allah səni endirsin”, təvazö etdiyi vaxt isə onun yuxarı doğru çəkib deyər: “başını qaldır, Allah səni yüksəltsin (məqamı-nı) və bu təvazökarlığına görə səni heç vaxt alçaltma-sın”. Mütəal Allahın Musanı özü ilə danışmağa nəsib etməsinin səbəbi onun təvazökarlığına görə idi. Musa öz nəfsini ən aşağı saydığına görə Allah onun zəmanəsindən ən yüksək məqamı ona əta etmişdir və insanlar arasında Allaha ən yaxın olanlar təvazö edən kəslərdir.
Oğul, məxluqatdan heç bir şeyi kiçik sanıb, ona alçaq nəzərlərlə baxma ki, bu, Allahın məqamına toxunmaqdır. Bir dəfə Nuh peyğəmbər xəstəliyə düçar olmuş bir itin yanından ötərkən bu nəcür itdir dediyi vaxt it dilə gəlib dedi: “Ya Nuh mənim Allahım məni bu cür yaradıbdır, əgər qadirsənsə məni dəyişib, gözəl et”. Nuh peyğəmbər dediyi sözə peşman olub, qırx il ağladı. Allah onun adını Nuh qoyub (ağlayıb çox növhə edən, halbuki əvvəl onun adı Əbdülcabbar idi) buyurdu: ey Nuh nə vaxta qədər növhə edəcəksən? Mən səni bağışladım. Həmçinin, Musa peyğəmbərə Mütəal Allah vəhy etdi ki, mənimlə münacat etməyə gələndə özündən aşağı bir kimsəni də özünlə gətirərsən. Musanın hər şeydən əli üzüldükdən sonra, axırda xəstəliyə düçar olmuş bir iti özü ilə apardı. Lakin yolda Musa onu da azad edib, aparmadı. Mütəal Allah ilə münacat edərkən Allah and içib buyurdu: Əgər iti gətirsəydi, onu peyğəmbərlər silsiləsindən silərdim. Oğul, sən özünü hətta xəstə və murdar itdən də yaxşı hesab etmə. Bəzi ariflərin dediyinə görə nə qədər ki, bəndə özünü xalq içində bir başqasından yaxşı güman edirsə, o bəndə təkəbbürlüdür.
Oğul, tamahkar olma ki, cəddimiz Adəm peyğəmbər belə behiştdə bütün nemətlərdən istifadə edə biləcəyi halda qadağan olunmuş “buğda”ya tamah saldığına görə behiştdən çıxarıldı.
Tamahkarlıq haqqında hətta Şeytanın da nəsihət-ləri vardır. Onun Nuh peyğəmbərə olan nəsihətlərindən biri belədir: “Heç vaxt naməhrəm qadınla xəlvət bir yerdə tək qalma ki, belə halda mən orada hazır olaram və qəlbinə vəsvəsə etməklə səni təhrik edib zinaya mübtəla edərəm.
Oğul, heç vaxt xudpəsənd olma ki, dinə-imana afət və böyük bir bəladır, saleh əməlləri heç edər və səni həlakətə salar. Bir dəfə İsa peyğəmbər öz müridlərindən biri ilə sudan keçməli olurlar. İsa “bismillah” deyib, suyun üzəri ilə getməyə başlayır. O da İsanın ardınca sidq ürəkdən “bismillah” deyib yola düşür. Gedərkən birdən ürəyindən belə bir fikir keçir:- İsada suyun üzərində yeriyir məndə, daha onun məndən nəyi artıqdır? (onun mənə olan fəziləti nədir? Bu söz ürəyindən keçən kimi suya batır və İsadan kömək istəyir. Həzrət İsa tez özünü yetirib onu sudan çıxarır. Sonra İsa ondan suya batmağının səbəbini soruşduqda öz ürəyindən keçəni İsaya söyləyir. Həzrət İsa ona deyir ki, sən özünü layiq olmadığın bir məqamda gördüyün üçün Allahın sənə qəzəbi tutdu. Bu fikrinə görə tez tövbə et. O, tövbə etdikdən sonra Mütəal Allah onu əvvəlki mərtəbəsinə qaytarır.
Oğul, (Allah səni şərdən saxlasın) nəfsində xudpə-səndliyə yol vermə və heç vaxt həddini aşma.
Oğul, məbadə riyaya mübtəla olasan ki, mötəbər hədislərə görə bu, Allaha şərik qoşmaqdır. Hədisdə var, hər kəs əməllərini Allahdan qeyrisi üçün görərsə Allah qiyamət günü əməlini öz əlinə tapşırar. Riyakarı qiyamət günü dörd ad ilə çağırıb deyərlər: -Ey günahkar, ey kafir, ey xain, ey ziyankar, əməllərin batildir və savabı da heç. Bu gün sənə qurtuluş yoxdur və əməllərini kimə xatir edirdinsə savabını da ondan tələb et. Bundan əlavə, hədislərdə belə gəlib ki, bəndənin Allah üçün sidq ürəklə gördüyü az əməlini Allah qiymət verib artırar və onun başqalarına görə min bir zəhmətlə gecələri oyaq qalıb gördüyü saysız əməllərini isə Allah qiymətsiz bir şey kimi eşidənlə-rin gözündə azaldar.
Həmçinin ağıl da zahirdə Allah üçün, batində isə hər hansı bir bəndəyə göstərmək məqsədilə görülən əməli bəyənmir və çox pis bir iş bilir. İnsanın başqa bir insana, yaxud özündən zəif və hətta bit-birə, ağcaqanad və milçək kimi xırda həşəratların zərərindən özünü qoruya bilməyən və onların sorub çəkdiklərini, geri qaytarmaqda aciz olan məxluqatın hər hansı birinə ibadət etmək heç də aqilanə bir iş deyildir.
Oğul, Mütəal Allahın rəhməti çox genişdir. Elə buna görədə (günahkar olsanda) heç vaxt onun rəhmət və fəzlindən naümid olma. Həmçinin qəzəbi də çox şiddətlidir ki, heç vaxt nəyəsə arxayın olma. Çünki bu iki sifət Mütəal Allahı qəzəbləndirən kəbirə günah-lardandır ikisi də Allahı saymayıb, ona aşağı nəzərlə baxmağa ehtiramsızlığa gətirib çıxarar. Mən bəzi adamların şahidiyəm ki, Şeytan onları cürbəcür günahlara sövq etməklə kifayətlənməyib hətta vəsvəsə ilə də aldadıb, Allahın rəhmətindən məyus və nəticədə tövbə etməkdən də naümid etmişdir. Onlar bu halda həm Allahın rəhmətindən məyus və günahları məhv edib paklayan tövbədən məhrum olmaqla iki böyük günaha mübtəla olmuşlar. Oğul, hər zaman Şeytan vəsvəsə edib, səni günaha salarsa tez tövbə edib Allaha yalvar ki, bu sənin günahının bağışlanmasına səbəb olar. Tam ciddiyyətlə edilən tövbə günahı məhv edib paklayar.
Oğul, gərək bu işdə çox dəqiq olub daim tövbə etməlisən. Bəndənin hər vaxt günah və xəta, bəzən də üstün sayılan işləri tərk etməsi mümkündür.
Kitabın adı: Miratur-Rəşad (Hidayət güzgüsü)
Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |