Zikr
Oğul, Mütəal Allahı çox zikr elə ki, ürəyi dirilik, insanı Allaha yaxın, bərəkəti bol, həlakətdən və şeytandan uzaq, Allahın mələklərini və rəhmətini cəlb edər və qəlbə rahatlıq gətirər. Hədislərdə buyurulur ki, “Bizim şiələrimiz xəlvətdə olarkən Allahı çox zikr edərlər”
“Hər kim Allahı çox zikr edərsə Allah onu sevər”, “Hər kim Allahı çox zikr edərsə Allah onu iki şeydən azadlıq və qurtuluşunu səbt edər” biri cəhənnəmin atəşindən, o birisi isə nifaqdan və behiştdə Allah onun üzərinə öz sayəsini salar və “Behişt əhli, dünyada Allahı zikr etmədikləri anlardan başqa onun heç bir şeyinin peşmançılığını çəkməzlər”.
Ey oğul, hər hansı bir məclisdə heç vaxt Mütəal Allahın zikrindən qafil olma. Hədislərdə deyilib: Məclisdə oturanlar Allahı və bizləri (Əhli-beyti) zikr etməzlərsə, o məclis onlar üçün (axirətdə) həsrət və peşmanlığa səbəb olar.
Zikrdən məqsədim bu deyil ki, dilin dediyindən qəlb xəbərdar olmasın. Əksinə dil zikri qəlbin zikrinə yetişmək üçün başlanğıcdır. Və dil zikri bədən, ürək zikri isə cana bənzəyir. Ürək zikr edərkən, dil zikri olmasa da fayda verəndir. İbrahim peyğəmbərin ürəyi Mütəal Allahdan heç vaxt qafil olmadığına görə Allah taala onu özünə dost seçdi.
Hədisdə deyilib: Günah və savabları yazan mələk-lərin eşitmədikləri zikrin savabı eşitdiklərindən yetmiş dəfə çoxdur.
Kitabın adı: Miratur-Rəşad (Hidayət güzgüsü)
Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani