4. Quran oxumaq
Qəlbdə iman yaradan əməllərdən dördüncüsü Quran oxumaqdan ibarətdir. Quran oxumaq insanın qəlbini ağardıb nurani edər və qəlbi imanla doldurar.
قَالَ رَسُولُ اللهِ(ص): نَوِّرُوا بُيُوتَكُمْ بِتَلاوَةِ الْقُرْآنِ,
Həzrət Peyğəmbər(s) buyurur: “Öz evlərinizi Quran oxumaqla nurlandırın.”
قَالَ عَلِيٌّ(ع): أَلْبَيْتُ الَّذِى يُقْرَأُ فِيْهِ الْقُرْآنُ وَيُذْكَرَاللهَ عَزَّ وَ جَلَّ فِيْهِ تُكْثَرُ بَرَكَتُهُ وَيَحْضُرْهُ الْمَلائِكَةُ وَيَهْجُرْهُ الشَّياطِانُ يَضِيْئُ لْأَهْلِ السَّمَاءِ كَمَا يَضِيْئُ الْكَوَاكِبُ لَأَهْلِ الْأَرْضِ
İmam Əli(ə) buyurur: “Quran oxunan və Allaha zikr edilən evin bərəkəti çoxalar. Və o evə mələklər gəl-get edərlər, şeytanlar o evə yaxın düşməzlər. Göyün ulduzları yer əhlinə nur saçan təki, Quran oxuyub, Allahı zikr edən şəxsin nuru da göy əhlinə nur saçar.”
Ümumiyyətlə, Quran oxumaq insanlara təkid olunmuşdur. Allah-təala Müzzəmmil surəsində buyurur:
فَاقْرَؤُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ
“Qurandan bacardığınız qədər oxuyun!”
َقالَ الْرِّضَا(ع): مَا تَيَسَّرَ مِنْهُ لَكُمْ فَيْهِ خُشُوعُ الْقَلْبِ وَصَفَاءُ السِّرِ
İmam Rza(ə) buyurur: “Bacardığınız qədər çox Quran oxuyun ki, qəlbləriniz rahat və batininiz saf və tər-təmiz olsun.”
Quran oxumaq insanın qəlbinin qaralığını aradan aparar və insana müsbət təsir bağışlayar.
Kitabın adı: İmam Hüseyn (ə) məktəbi