Qurani-Kərimdən yenə bir ressept
Dünya səhiyyəsinin son araşdırmalarının nəticəsinə görə dünyada ən çox istifadə olunan dərmanlar məhz psixoloji gərginlik səbəbilə qəbul edilir.
Dünya əhalisinin çoxu psixolji gərginliklərini aradan qaldırmaq üçün müxtəlif növ sakitləşdirici dərmanlardan istifadə edir.
Amma bu növ gərginliyin aradan aparılması və bu psixoloji anormal halın köklü həlli üçün 14 əsr öncə nazil olmuş Qur'ani-Kərim bəşəriyyətə gözəl bir ressept təqdim edir.
Qur'ani-Kərim Rə'd surəsi, 28 -ci ayədə buyurur:
أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوب
{ Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır. }
Allah təala Öz uca kitabında 14 əsr öncədən bildirir ki, hər növ psixolji və ruhi gərginliklərin həlli yolu və şəfası yalnız və yalnız Onun xatırlanması və zikr olunmasıdır.
Qur'ani-Kərimdə hər növ "çoxluq" tənqid edilir və yalnız Allahın xatırlanması və zikr olunması barəsində deyilmiş "çoxluq" bəyənilir.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا
{ Ey iman gətirənlər, Allahı çox zikr edin!}
(Əhzab surəsi, ayə 41)
Allahı xatırlayıb Onu zikr etmək qəlblərin şəfası və ruha qidadır.