Əli əleyhissalam haqqında şeir
Olmayan qəlbdə Əli eşqi o kəs aqil deyil,
Aqil ol kəsdir Əli eşqindən heç qafil deyil.
Həm ədalət, həm şücaət nurudur Həzrət Əli,
Əlini anmayan insan heç cürə adil deyil.
Kamili insan odur ki, haqq sözünnən çıxmaya,
"Bəyyinə"dən üz çevirən insani kamil deyil.
Çox elm əhli olubdur ki, Onu tərk eyləyib,
Bilməyən insan onu dərk eyləsə cahil deyil.
Quranın ayətləri onnan ötrü nazil olub,
Kim deyir ki, Onun haqda ayələr nazil deyil?
Ey Həbibullah çalış ki, Şiə ol cənnət qazan,
Əlini qəbul etməyən cənnətə daxil deyil.