Salama ondan da yaxşı cavab verin
Qurani-Kərimdə oxuyuruq: "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın.! Şübhəsiz Allah hər şeyi hesaba alandır!"(Nisa surəsi 86 )
"Təhiyyət" (salam) lüğətdə, əslində "həyat" və başqalarına həyat istəmək mənasındadır. Bu dua, "Salamun Əleykə" və ya "Həyyakəllah" şəklində əda olunur. Bu söz insanların bir-birinə qarşı göstərdikləri hər növ məhəbbətə aid olur. Ən aydın nümunəsi isə həmin, "Səlamun Əleykə" deməkdir. Lakin, bir sıra rəvayət və təfsirlərdən məlum olur ki, insanın əməli cəhətdən bir-birinə məhəbbət göstərməsi də, "Təhiyyət" sözünün mənasında işlənilir.
Əli İbni İbrahimin təfsirində, İmam Baqir və İmam Sadiq (əleyhissalam)-dan nəql olunur:
Ayədə "təhiyyətdən" məqsəd, salam və hər cür yaxşılıqa deyilir."Mənaqib" kitabında belə bir rəvayət var:
Kənizlərdən birisi İmam Həsən (əleyhissalam)-a bir şaxə gül hədiyyə edir. İmam onun müqabilində,kəniziazad edir. Bu işin səbəbini soruşduqda isə buyurur: Allah-taala buyurur: "Sizə salam verildiyi zaman onu daha gözəl alın!".Sonra əlavəedir: Ən yaxşı salam, kəniz azad etməkdir"
Beləliklə, ayədə ümumi olaraq hər cür izhar məhəbbətə, istər sözlə, istərsə də əməllə olsun, hökm verilir ki, daha yaxşı cavab verin.(Təfsir nümunə. cil – 4 səh - 42 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi