Elşad Xaqan:
Qeyri mümkündür, Əli aşiqləri haqdan dönə,
Haqqa ən doğru olan xidmət Əlinin eşqidir.
Ağasəlim Əmri:
Mustafa`Hubbi Əli cənnəh`buyurmuş,qafila,
Cənnət istərsən əgər, cənnət Əlinin eşqidir.
Elşad Xaqan:
Ey deyən-"varmaq çətindir cənnətə,zəhmətlidir",
Bir yol istərsən əgər rahət, Əlinin eşqidir.
Ağasəlim Əmri:
Zikri-biruh ilə olmaz kimsəyə izzət məqam,
Ruhi-ə`mali-bəşər, izzət Əlinin eşqidir.
Elşad Xaqan:
At bu dünyanın fəna cahu cəlalın, ey könül,
Hər iki dünyada çün zinət Əlinin eşqidir.
Ağasəlim Əmri:
Gər O şahə düşmən olmaqdan olur nazil əzab,
Bəndəyə nazil qılan rəhmət, Əlinin eşqidir.
Elşad Xaqan:
Tanrı rəhm etməz Vəliyullaha düşmən abidə,
Rəhm olunmaqçün gözəl fürsət Əlinin eşqidir.
Ağasəlim Əmri:
Əşhədu ənna Əliyyən huccətullah söylərəm,
Əmrdən, Əmri, mənə minnət Əlinin eşqidir.
Elşad Xaqan:
Yaz Əlidən,uyma bu dünyaya, Xaqan , şe`rivin
Əcri var üqbadə, gər niyyət Əlinin eşqidir!
Müəlliflər:
Qəzəlxan Elşad Xaqan və Məşhədi Ağasəlim Əmri