İslami qardaşlığın əhəmiyyəti
Qurani-Kərim buyurur: "Möminlər bir–birləri ilə qardaşdırlar. Bəs qardaşlarınız arasında sülh bərqərar edin və Allahın rəhmətini qazanmaqdan ötürü təqvalı olun!" (Hücurat surəsi-10 )
Bu ayə, İslam dininin ən geniş və təsirli şüarlarından birini bəyan edir. Müsəlman insanların bağlılığı o qədər üstündür ki, onlar bir-birləri ilə qardaş hesab olunurlar. Əslində, İslam dini bütün müsəlmanları bir ailə kimi bilir və bu məsələ, həcc mərasimində daha çox hiss olunur. Biri şərqdən, digəri qərbdən gəlsə də, hamı bir-birinə qardaş kimi baxırlar. Bu da, Quranın bəyanıdır. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) sözlərinə diqqət etdikdə belə oxuyuruq: (Mühəccətul beyza cil 1 səh 332 )
"Müsəlman müsəlmanın qardaşıdır. Heç vaxt ona zülm etməz. Ondan köməyini əsirgəməz və onu hadisələr bərabərində tək qoymaz." Başqa hədisdə Həzrət buyurur:
"İki dini qardaş, bir–birinin əlini yuyan iki əl kimidir(Mühəccətul beyza cil 1 səh 332 )
Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) müsəlman qardaşları iki əl kimi fərz edir. Yəni, bütün müsəlmanlar bir bədən olub, fərdlari də əllərdir.
İmam Sadiq (əleyhissalam) buyurur: "Mömin, möminin qardaşıdır. Ona yol göstərən gözü hökmündədir. Heç vaxt ona xəyanət və zülm etməz. Onu aldadıb hiylə gəlməz. Verdiyi hər bir vədəsinə əməl edər."(Üsul Kafi cil 2səh 166 )
Başqa hədisdə Həzrət buyurur:
"Mömin möminin qardaşıdır. Hamısı bir bədənin əzasına bənzərlər ki, hər bir üzvü dərd tutsa, digəri də ağrıyar. Onların hamısının ruhu bir ruhdan tutulub. Möminin ruhu, Allahla, günəşin nurunun günəşlə bağlılığı kimidir."(Üsul Kafi cil 2 səh 166 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi