Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Ola bilsin ki, sizin üçün faydalı olan şeydən xoşunuz gəlməsin
İnsanın bir şeyi bəyənməsi və onu xeyirli bilməsi o şey barəsində olan məlumatı və o şeyi təhlil etməsilə gəldiyi nəticə əsasında olur. İnsanın hər hansı bir şeyi təhlil etməsi isə onun elminə əsasəndir. İnsan yaradılış olaraq elə varlıqdır ki, faydalı bildiyi şeydən xoşu gələr və ona rəğbət bəsləyər. Əksinə, o şeyin pis və zərərli olması nəticəsinə gələrsə, bu zaman da ondan xoşu gəlməz.
Bəzən də insan hər hansı bir şey barəsində heç bir əqli və elmi təhlil aparmadan o şeydən xoşu gəlməyə başlayır və ona meyl göstərir. O şeyi əldə edən zaman qəlbində bir rahatlıq və ləzzət hissi yaranır. Belə hallarda insanın o şeyə olan meyl və rəğbətinin mənşəyini ağıl və ya onun barəsində apardığı elmi təhlil deyil, sırf həvəs və batini istək təşkil edir.
Lakin insanın bir şeyi pis və yaxşı bilməyində əsaslandığı bu iki mənbənin, yəni əqli-elmi təhlilin və batini istəyin hər ikisi də yanlışdır. Əslində, bu iki meyar bütün işlərin faydası barədə düzgün nəticə çıxarmaq, pis və yaxşını təyin etmək qabiliyyətində deyildir. Belə ki, təcrübələr göstərir ki, insanın məlumatları, müşahidəsi və əqli təhlili məhduddur. Çünki insanın hər hansı bir məsələ barəsində təhlili onun barəsində bildiyi və gördüyü elmə əsaslanır. Lakin insan əksər vaxtı da o şeyin malik olduğu minlərlə digər cəhətlərdən xəbərsiz olar.
Dediyimiz kimi, bəzən insan hər hansı bir şey barəsində heç bir əqli və elmi təhlil aparmadan o şeydən sadəcə xoşu gəlir və ona qəlbən meyl göstərir. Bu zaman insanın ürəyi heç bir faydanı və ya zərəri nəzərə almadan kor-koranə olaraq o şeyə meyl edir. Deməli, bu nəticəyə gəldik ki, insanın ağıl və istəkləri də bəzən hökm etməkdə, pis-yaxşını müəyyənləşdirməkdə düzgün nəticə çıxara bilmir.
Həyatımızda qarşılaşdığımız hadisələrə biz bu iki meyarla baxdığımızdan bir çox hallarda yanlış fikrə düşürük. O səbəbdəndir ki, bir çox hadisələri zərər kimi dəyərləndirir və onların baş verməsindən çox narahat oluruq. Ancaq bilmək lazımdır ki, narahatedici hadisələr və zahirən acı görünən həyat çətinlikləri yaradılış aləmindən insan üçün təqdir olunmuşdur. Bunlara misal olaraq, təbii fəlakətləri, ölüm hadisələrini, xəstəlikləri, ictimai çətinlikləri, xəsarətləri və digərlərini göstərmək olar. Bütün bunlar təbiət və aləmin sirli nizamından qaynaqlandığına görə insan üçün faydalı olduğu mütləqdir. Yaradılış nizamından qaynaqlanan hadisələrin mütləq olaraq fayda əsasında olması fəlsəfənin, məxsusən də şərq fəlsəfəsinin, metafizikanın və səmavi dinlərin dönə-dönə üzərində durduğu mətləblərdəndir.
“Ola bilsin ki, bir şeyi bəyənməyib pis hesab edəsiniz, lakin o, sizin üçün xeyirli olsun. Həmçinin sevib bəyəndiyiniz bir şey də sizin üçün zərər olsun. Allah bilər, sizlər bilməzsiniz”. (“Bəqərə” surəsi, ayə 216.)
Bəzən insan iqtisadi sıxıntıyla, xəstəliklə üzləşir, işləri alınmır, arzu edərək həyata keçirmək istədiyi işlər baş tutmur və bunun kimi, bir çox xoşagəlməz hesab etdiyi işlərlə qarşılaşır. İnsanın iradəsindən kənar olaraq baş verdiyi üçün bütün bunlarda gizli faydalar və bir çox hikmətlər vardır. Bunu mütləq dərk etmək lazımdır ki, fayda və xeyir meyarı insanın bəyənməyi ilə deyil, işlərin baş verməsi ilədir. Əgər bir hadisə baş verdisə, deməli, faydalıdır.
Bir gün peyğəmbər İbn Abbasa buyurur: “Ey İbn Abbas! Allahın sənin üçün təqdir edərək başına gətirdiyinə razı ol! Hətta sənin istək və arzuna uyğun gəlməsə belə. Çünki sənin başına gələnlər qabaqcadan Allahın kitabında yazılmışdır”.
İbn Abbas bu zaman soruşur: -“Ey Allahın elçisi! Bu, Quranın hansı yerindədir? Çünki mən bütün Quranı oxumuşam (və belə bir şeyə rast gəlməmişəm)”.
O zaman peyğəmbər bu ayəni oxuyur: “Ola bilsin ki, bir şeyi bəyənməyib, pis hesab edəsiniz, lakin o sizin üçün xeyirli olsun. Həmçinin sevib bəyəndiyiniz bir şey də sizin üçün zərər olsun. Allah bilər, sizlər bilməzsiniz”. (“Əlmizan” təfsiri, “Bəqərə” surəsi, 216-cı ayənin təfsirində.)
Həkim bəzən xəstəni müalicə etmək üçün ona acı dərmanlar vermək və incidən iynələr vurmaq məcburiyyətində qalır. Bu zaman xəstənin həkimin müalicə vasitələrinə sadəcə onu narahat etdiyinə görə etiraz etməsi düzgün deyildir. Belə ki, həkim bu narahatedici vasitələrlə həqiqətdə xəstəni sağaltmaqdadır. Həyatda da bəzən zahirən acı görünən hadisələrlə üzləşməli oluruq.Bu zaman bilmək lazımdır ki, sadəcə bizim xoşumuza gəlməmək yaxşı olmaq meyarı deyildir. Əgər həkim xəstənin istəyi əsasında hərəkət etsəydi, bu, onun həlak olmasına səbəb ola bilərdi. Eynilə yaradılış sistemində də hadisələrin həqiqət tapmasında insanların istəkləri deyil, onlar üçün faydalar və məsləhətlər nəzərə alımışdır. Elə isə qarşılaşdığımız çətinliklər və acı hadisələri müdrik bir həkimin xəstə birinə yazdığı reseptlər kimi qəbul etməliyik.
Son olaraq bir şeyi də unutmayın və qəti olaraq bilin ki, sizin ona münasibətiniz hər nə cür olursa olsun həyat hər bir halda davam edir. Dəyərinin ölçülməsi mümkün olmayan həyat kimi bir nemət hər bir insana yalnız bir dəfə verilir. Elə isə gəlin onu layiqli şəkildə, çətinliklərə sinə gərərək və fürsətləri maksimum dəyərləndirərək yaşayaq. Bu işdə hamınıza uğurlar...
Kitabın adı: Çətin olsa da, həyat davam edir
Müəllif: Rövşən Abdullaoğlu
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |