Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İkinci fəsil
Ölümün mahiyyəti
Ölüm nədir? ölüm fəna və yoxluq deməkdir, ya dəyişkənlik və bir aləmdən başqa bir aləmə köçmək? Bu sual daim bəşəriyyətin diqqət mərkəzində olmuş və olmaqdadır və hər bir şəxs bu sualın cavabını birbaşa tapmağa və ya verilmiş cavablara iman gətirməyə meyl edir. Biz müsəlmanlar Qurana iman gətirdiyimiz üçün bu sualın cavabını məhz buradan əldə edirik və orada deyilənlərə iman gətiririk. Quran ayələrində ölüm özünəməxsus ifadə ilə «təvəffa» adlandırılmışdır. «Təvəffa» və «istiyfa» sözlərinin hər ikisinin kökü «vəfa» kəlməsindəndir. Hər hansı bir şeyi nöqsansız olaraq əldə etdikdə ərəblər «istifa» felindən istifadə edirlər. Məsələn, «təvəffəytul malə» yəni «malı (hər hansısa bir şeyi) heç bir nöqsanı olmadan qəbul etdim.» Qurani-kərimdə on dörd yerdə bu ibarət «ölüm» mənasında işlənmişdir. Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, ölüm Quran nöqteyinəzərindən təhvil almaq mənasını daşıyır. Yəni insan ölüm ayağında tamam vücudu ilə Allah məmurlarının [can alan mələklərin] ixtiyarında olur və onlar dünyasını dəyişən insanı [başqa bir aləmə] təhvil alırlar. Quranın bu ibarətindən bir neçə mətləb əldə etmək olur. 1. ölüm fəna və yoxluq deyildir, insan bir aləmdən başqa bir aləmə köçür və öz həyatını bir qədər fərqli olaraq davam etdirir. 2. İnsanın bədən üzvləri müəyyən müddət keçdikdən sonra təhvil alınmadan bu dünyada məhv olub aradan gedir. Onun şəxsiyyətinin mahiyyətini təşkil edən həqiqət [onun mənliyi] isə, əbədi olaraq qalır. Quran bu həqiqəti «nəfs» bəzən də «ruh» adlandırmışdır. 3. İnsan şəxsiyyətinin mahiyyətini təşkil edən və ona əbədilik bəxş edən nəfs və ya ruh məqam və dərəcə baxımından maddiyatdan daha üstün məqamda qərar tutmuşdur. Ruh və ya nəfs təbiətin cövhəri təkamülünün məhsulu olsa da, təbiət ruh və ya nəfsə çevrildiyi cövhəri təkamülün nəticəsində vücudunun mahiyyəti və həqiqi məqam və dərəcəsi dəyişilərək bir qədər yüksək mərhələdə qərar tutmağa başlayır. Yəni başqa bir aləmin – metafizika aləminin varlığına çevrilir. İnsan öldükdə onun vücudunun bir hissəsini təşkil edən və maddiyyatdan fövqəladə üstün olan ruh və nəfsi ondan təhvil alınır.Qurani-kərimin bəzi ayələrində elə bir mövzuya toxunulmuşdur ki, onu nə məada, nə də axirət dünyasına aid etmək olar. Allah-taala bu ayətlərin birində insan vücudunun su və gildən daha üstün bir həqiqətdən ibarət olduğuna işarə edir. Məsələn, Adəm (ə)-ın yaradılışını bəyan edərkən buyurur:
təhvil alırlar. Quranın bu ibarətindən bir neçə mətləb əldə etmək olur. 1. ölüm fəna və yoxluq deyildir, insan bir aləmdən başqa bir aləmə köçür və öz həyatını bir qədər fərqli olaraq davam etdirir. 2. İnsanın bədən üzvləri müəyyən müddət keçdikdən sonra təhvil alınmadan bu dünyada məhv olub aradan gedir. Onun şəxsiyyətinin mahiyyətini təşkil edən həqiqət [onun mənliyi] isə, əbədi olaraq qalır. Quran bu həqiqəti «nəfs» bəzən də «ruh» adlandırmışdır. 3. İnsan şəxsiyyətinin mahiyyətini təşkil edən və ona əbədilik bəxş edən nəfs və ya ruh məqam və dərəcə baxımından maddiyatdan daha üstün məqamda qərar tutmuşdur. Ruh və ya nəfs təbiətin cövhəri təkamülünün məhsulu olsa da, təbiət ruh və ya nəfsə çevrildiyi cövhəri təkamülün nəticəsində vücudunun mahiyyəti və həqiqi məqam və dərəcəsi dəyişilərək bir qədər yüksək mərhələdə qərar tutmağa başlayır. Yəni başqa bir aləmin – metafizika aləminin varlığına çevrilir. İnsan öldükdə onun vücudunun bir hissəsini təşkil edən və maddiyyatdan fövqəladə üstün olan ruh və nəfsi ondan təhvil alınır. Qurani-kərimin bəzi ayələrində elə bir mövzuya toxunulmuşdur ki, onu nə məada, nə də axirət dünyasına aid etmək olar. Allah-taala bu ayətlərin birində insan vücudunun su və gildən daha üstün bir həqiqətdən ibarət olduğuna işarə edir. Məsələn, Adəm (ə)-ın yaradılışını bəyan edərkən buyurur:
Mən ona öz ruhumda üfürdüm). (Hicr-29).
Kitabın adı: İslam dünyagörüşü - Əbədi həyat
Müəllif: Ustad Mürtəza Mütəhhəri
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |