Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Həlimlik və güzəşt
Ey oğul, sözlərimə dəqiq fikir ver bu iki sifətin sahibi hesab-kitabsız cənnətə daxil olar. Bu iki sifət elə şərafətlidir ki, Mütəal Allah özünü bu sifətlərlə tərif etmişdir. Peyğəmbər və övliyaların bu barədəki, qissələri lap çoxdur və burada onları zikr etməyə imkan yoxdur. Hədislərdə gəlib ki, insan helmsiz abid ola bilməz. Allah helmli insanı sevər. Həlimlik möminin sifətlərindədir.
İntiqam almağa qüdrəti olan kəs qəzəbli vaxtı öz hiddətini cilovlayarsa Allah qiyamət günündə onu tam razı salar, qəlbini imanla doldurar və onu əmin-amanlıqda qərar verər. Onu məxsus ehtiramla çağırıb, deyər hər hansı hurul-eyni seçirsən seç və ona şəhid savabı verər.
Allah yanında bəndənin içdiyi qurtumların ən qiymətlisi qəzəbinin tüğyan etdiyi vaxt onu səbr və ya helm ilə udduğu qurtumdur.
Qəzəb və hiddətini saxlayan kimsənin Allah dünya və axirətdə izzətini artırar. Və qiyamət günü Allah bütün məxluqatı bir yerə cəm etdikdən sonra bir səs gəlir: Fəzilət əhli haradadırlar? Onların arasından bir iddəsi baş qaldırdıqdan sonra mələklər onları qarşılayıb soruşarlar: Fəzilətiniz nədir? deyərlər: Bizimlə əlaqəni kəsənlərlə rabitəni kəsmədik, bizi məhrum edənləri məhrum etməzdik və bizə zülm edənləri bağışlayardıq. Bu zaman onlara deyilər: Düz dediniz, hesab-kitabsız cənnətə daxil olun.
Qələbənin zəkatı güzəştdir.
İnsanların daha çox qüdrətlisi güzəştə getməlidir. Güzəşt etmək bəndənin izzətini artırar. Güzəşt edin ki, Allahda sizi izzətli etsin.
Oğul, gərək sənə zülm edəni bağışlayasan ki, Allah taala da onun hökmlərinə müxalifət göstərməklə etdiyin zülmlərin- dən keçsin və qabaqda qeyd olunan yüksək məqamlara çata biləsən. Oğul nəbada qəzəblənsən, bu qəzəblənən insanın iman və əqidəsindəki zəifliyi göstərir. Hədislərdə deyilb ki, sirkə balı korladığı kimi qəzəb də imanı xarab edər. Qəzəb küfrün dirəklərindən biridir. Qəzəb bütün şər işlərin köküdür. Qəzəb hikmət sahibinin qəlbini öldürər. Öz qəzəbini cilovlaya bilməyən kimsə əqlinə sahib ola bilməz. Lənətlənmiş iblis deyibdir: Qəzəb mənim tor və tələmdir ki, onunla insanların yaxşılarını behiştdən və onun yolundan kənar edərəm. Qəzəbin qarşısını almaq üçün bir neçə yol göstərib:
1-Şeytandan uzaq olmaq üçün Allaha pənah aparmaq.
2-Mütəal Allahı zikr edib yada salmaq. Hədisdə deyilib ki, Tövratda belə yazılmışdır: “Ey adəm oğlu qəzəblənəndə məni zikr et ki, mən də qəzəblənəndə səni zikr edim (bağışlayım), səni həlakətə saldıqlarımın arasında qərar verməyim. Sənə bir zülm olunarsa mənim zəfərimi gözlə ki, mənim zəfərim sənə, özün intiqam almağından çox xeyirlidir”.
3-Qəzəblənən vaxt, şəxs ayaq üstədirsə otursun, oturmuşsa uzansın, yaxud ayağa dursun.
4-Qəzəbləndiyin yeri dəyişmək. Bir gün Şeytan Həzrət Musaya dedi: Qəzəbləndiyin vaxt öz yerini dəyiş ki, yoxsa səni fitnəyə salaram.
5-Soyuq su ilə dəstəmaz və ya qüsl almaq.
6-Qəzəb olunan şəxs qəzəblənənin əqrəbasından biridirsə öz əlini onun bədəninə sürtsün ki, qəzəbi yatar.
7-Su içmək.
8-Üzüm yemək qəzəbi yatırar.
9-Bu duanı -Əllahummə əzhib ənni ğəyzə qəlbi və əcirni min muzillatilfəitən, əsəlukə cənnətəkə və əuzu bikə mənəşşərəkəti, əllahummə səbbitni ələlhuda vəssəvab, vəcəlni raziyən mərziyyən ğəyrə zallin və la muzillin (ya Rəbb məndən qəlbimin azğınlığını dəf et, məni fitnələrin zəlalətindən qurtar, səndən öz cənnətini istəyirəm, tələlərə düşməkdən sənə pənah gətirirəm, ya Rəbb məni hidayət və doğru yol üstə sabit qədəm et, həm məni razı et həm də məndən razı ol və məni nə əyri yola uğrayan, nə də uğradanlardan et) desin. Hədislərdə deyilib hər kim başqalarına olan qəzəbini cilovlayarsa Allah qiyamətdə onu qoruyar, eyiblərini örtər və behişt onun üçündür.
Kitabın adı: Miratur-Rəşad (Hidayət güzgüsü)
Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |