Rəvayətlərdə müqəddəs İslam dininə mötəqid olan cavanların vəzifələri məlum olur. Onlar həmişə bilməlidirlər ki, ata-analarının onların boynunda böyük haqları vardır. Vəzifələri budur ki, valideynlərinin haqqını tanısınlar, onlara qarşı diqqətsiz olub, qəzəblə baxmasınlar. Valdeynlər öz vəzifələrinə yaxşı əməl etməsələr də, övlad bir vəzifə kimi bunları yerinə yetirməlidir.
İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kim valideynin üzünə hirs və qəzəblə baxsa, onlar övlad haqqında vəzifələrini yerinə yetirməsələr də, Allah övladın namazını qəbul etməz."(Usul kafi cil 2 səh 349 )
Göründüyü kimi bu hədisdə aşkarcasına bildirilir ki, əgər valdeynin övladına zülm etməsi fərz olunsa da, onu görməməzliyə vurub övladçılıq vəzifəmizi yerinə yetirməliyik.
Günahların təsiri və atanın qətli
Məhəmməd ibni Səhldən rəvayət olunur ki, Müntəsərin xilafəti dövründə günlərin birində gözüm, üstündə şahların şəkli çəkilmiş xalçaya düşdü. Farsca aşağısında yazılmış, yazıya diqqət etdim. O xalçada bir padşahın şəklini gördüm ki, başında tac və altında bu sözlər yazılmışdı: Bu atasının qatili, Xosrov Pərvizin şəklidir. Atasının qətlindən sonra altı aydan çox şahlıq etməmişdir. Ondan başqa şəkilləri də gördüm. Birdən gözüm xalçanın sol tərəfinə düşdü. Padşahın şəklini gördüm ki, altında yazılmışdır. "Bu şəkil Yəzid ibni Vəlid ibni Əbdül Məlik, əmisi oğlu Vəlid ibni Yəzid ibni Əbdül Məlikin qatilinin şəklidir. Şahlıq müddəti altı ay olub. Sonra Müntəsərin şəklinə baxdım. Zehnimə gəldi ki, Müntəsərin də xəlifəliyi altı aydan çox çəkməyəcək. Çünki, o da atasının qatili olub. (Tətimmətul-Müntəha səh 243 )
Bəli, Mütəvəkkil bəni Əbbas xəlifələrindən biri idi. Əmirəlmöminin Əli (əleyhissalam)-ın müqəddəs vücuduna qarşı kinli olub, onun adını həmişə "Əbu Turab" ləqəbi ilə yad edərdi. Özünün sarayındakı ümumi məclislərindən birində Həzrətin adına hörmətsizlik edib, ona cəsarət edir. Cavan oğlu Müntəsər Əbbasi məclisdə idi. Atasının Əli (əleyhissalam)-a qarşı bu çirkin rəftarından qəzəblənir. Bəzən ona etiraz edir, bəzən də sakit dayanırdı. Tainki, günlərin birində böyük şəxsiyyətlərdəntəşkil olunmuş ümumi məclisdə, Mütəvəkkil Həzrətin müqəddəs adını çirkinliklə yad edir. Müntəsər çox qəzəblənib atasına etiraz edir. Mütəvəkkil hamının gözü önündə oğlu Müntəsəri təhqir edir. Ona bu məzmunda bir şer deyir.
"Bu cavana bax! Əmisi oğlunun arxasınca hirslənib qəzəblənir. Başın ananın övrətinə olsun!"
İyirmi beş yaşında cavan Müntəsər ümumi məclisdə atasının bu hörmətsizlik və təhqirinə dözə bilməyir. Ona görə də, intiqam almaq fikrinə düşüb atasını öldürmək planı çəkir.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi