Ağam mənim
Otuz beşə çatanda yaş imam olub ağam mənim.
Həqiqəti car eyləyib, qərib imam Rzam mənim.
Salıb xəlifə zindana atasını zəhərləmiş,
Çəkinmədən O, Haruna bu cür söyləmiş,
Başımdan əskik olsa tük, Rza deyil imam demiş,
Əbu Cəhl üçün də söyləmiş bu cür babam mənim.
Xəlifə təklif eyləyir xəlifəlik bu insana,
Gətizdirir imamı o, Mədinədən Xorasana,
O Məmunun kələklərin görüb deyir o nadana,
Xəlifə olmağım üçün yoxumdur iddiam mənim.
Gecə girir yuxusuna Babası gəlməmiş əcəl,
Rəsul deyir imama ki, "Sabah mənim yanıma gəl",
Mənim yanım sən olduğun yalançı dünyadan gözəl,
Köməyin olsun, ey imam Rauf, xeyir duam mənim.
Deyib:"Xəlifə nar, üzüm ilə verib zəhər mənə,
Qərarlıdır bu yol ilə yetirsin o xətər mənə,
Həqiqətən verərsə o bu gün zəhər əgər mənə,
Görərsiniz başımdadır çıxartdığım əbam mənim."
İmam deyir ki; "Hərsəmə, unutma bu vəsiyyəti!
O Məmunu buraxmayın mənə qüsl verə, qəti!
Deyin ona bağışlamaz Xudam bu cür qəbahəti,
Qüsl verib, namazımı qılar Cavad balam mənim."
Yad eylərəm, deyib, məni yad eyləyən hər insanı,
"Ziyarət eylərəm onu, nə vaxt ki, tapşırar canı,"
Bu Miratın var arzusu, yetir həmin gözəl anı,
Ziyarət eyləyim onun məzarını Xudam mənim.
Müəllif: Gənc yazar Həsən Mirat