Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İmam Rza (ə)-mın mövluduna
Kuyi-dildardən, ey badi-səba, əs bu gecə,
Başqa mənzillər ilə ülfətini kəs bu gecə.
Yenə min zövq ilə gülzari-imamət bəzənib,
Yenə də ətri-imamətlə vilayət bəzənib,
Həm şəhər, həm qəsəbə, həm də əyalət bəzənib,
Toy libasın geyinib, əhli-ibadət bəzənib,
Qoyub izzətlə bu dünyayə qədəm bir mövla,
Ondan ötrü sevinib, şadlanır hər kəs bu gecə.
Bu o mövladu ki, mövludinə aləm sevinir,
Sığınıb rəhmətinə həzrəti Adəm sevinir,
Belə mövludi görüb əhli-cəhənnəm sevinir,
Qəmlilər yox, bu səadətli günə qəm sevinir,
Elə zənn etmə bu şənlik, bu büsat bicadır,
Bəxş olub xilqətə bir zati-müqəddəs bu gecə.
Kim bu mövlayə könül verdi, vilayət tapdı,
Kim ki, bu yolda qədəm atdı, hidayət tapdı,
Kim ki, bu bəzmə qədəm qoydu, səadət tapdı,
Hansı dil ki, onu vəsf etdi, şərafət tapdı,
Sən də ey dil, dilə gəl ki, belə bir mövlanın,
Həsr edək hüsnünə bir şeri-müsəddəs bu gecə.
Kimi əldə meyi-nab ilə dolu cam tutar,
Kimi Xəyyamsifət badeyi-gülfam tutar,
Hərə bir guşeyi-meyxanədə aram tutar,
Bu elə gündü mələklər onu bayram tutar,
Susma ey dil, bu imam mədhinə sən də səs ucalt,
Hər tərəfdən ucalır şəninə min səs bu gecə.
Bir tərəfdə rəhi-eşqin dili-divanələri,
Bir tərəfdə ürəfa silkinin əfsanələri,
Cəm ediblər bura aqilləri, fərzanələri,
Şüəra sözlə səpər aləmə dür danələri,
Çox şükür ki, belə xoş gündə durub söz deməyə,
Qəbul etmiş məni də ol şəhi-novrəs bu gecə.
Burda meyxanə ilə saqiyə hacət yoxdur,
Burda peymanə ilə badəyə rəğbət yoxdur,
Elə sərməstlərik, durmağa halət yoxdur,
Bir də səndən mey alıb tutmağa taqət yoxdur,
Bağla meyxanəni, mey istəmirik ey saqi,
Bizə bir cami-məhəbbət eləyər bəs bu gecə.
O gülün ətrini lütf eylə səpib hər yanə,
Mənəvi zövqü səfa bəxş elə hər insanə,
Bizə onsuz bu fəna dəhr dönüb zindanə,
Son qoyaq bəlkə bu daği-ələmi-hicranə,
Dami-qəmdən bizi azad elə ey badi-səba,
Eyləmə aləmi eşq əhlinə məhbəs bu gecə.
Bu şahın mərtəbeyi-zatını cahil tanımaz,
Elə dəryadır onun lütfü ki, sahil tanımaz,
Bu günün zövqünü hər naşı adam bil tanımaz,
Bu şaha layiq olan sözləri hər dil tanımaz,
Onu vəsf etməyə acizdü böyük şairlər,
Mən onun vəsfinə hardan söz açım pəs bu gecə.
Cəhd elə hər bir işi eylə Xuda xatirinə,
Əymə baş zalıma, dəymə füqəra xatirinə,
Özünü dərk elə şahən-şühəda xatirinə,
Rəhmətin kannı, qəribəl-qürəba xatirinə,
Əldə şəmşir elə imanını Mahir kişi tək,
Nəfsini ağlına qurban eləyib kəs bu gecə.
Müəllif: Hacı Ələmdar Mahir
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |