
Əs ey səba, apar bu təbrikimi şiələr vilayətinə
Əs ey səba, o imami-vilayət hörmətinə,
Apar bu təbrikimi şiələr vilayətinə.

Bu gün zəmanədə bir özgə cür səadət var,
Şükür Xudayə ki, yetdik bu gün səadətinə.

Bu gün bu aləmə bir canfəda qədəm qoymuş,
Odur ki, aləm özü cəm olub viladətinə.

Bu Fatimə nəvəsindən, Əli balasından,
Nə söyləyim yaraşa şəninə, şərafətinə.

İmami-kövni-məkan olduğun yəqin eləyib,
Səmimi-qəlb ilə dil vermişik imamətinə.

Vəzifəsi gecə-gündüz rükü və səcdə olan,
Həmişə qibtə edibdir onun ibadətinə.

Sən ey şəhidi-Xorasan, ya imam Rza,
Özün inayət elə, biz gələk ziyarətinə.

Ömür qısa, yaşayış küfr ilə, əməl naqis,
Ümid bağlamışıq, həşridə şəfaətinə.

Bu gün viladətinə şer yazmısan Mahir,
Çalış ki, həsr edəsən nahələr şəhadətinə.

Müəllif: Mərhum Hacı Ələmdar Mahir