Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Qum şəhəri - Həzrət Məsumə (s.ə)
Ərəbcə
السَّلامُ عَلَى آدَمَ صِفْوَةِ اللَّهِ السَّلامُ عَلَى نُوحٍ نَبِيِّ اللَّهِ السَّلامُ عَلَى إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ السَّلامُ عَلَى مُوسَى كَلِيمِ اللَّهِ السَّلامُ عَلَى عِيسَى رُوحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا خَيْرَ خَلْقِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا صَفِيَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَبْدِ اللَّهِ خَاتَمَ النَّبِيِّينَ السَّلامُ عَلَيْكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ وَصِيَّ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا فَاطِمَةُ سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكُمَا يَا سِبْطَيْ نَبِيِّ الرَّحْمَةِ وَ سَيِّدَيْ شَبَابِ أَهْلِ الْجَنَّةِ السَّلامُ عَلَيْكَ يَا عَلِيَّ بْنَ الْحُسَيْنِ سَيِّدَ الْعَابِدِينَ وَ قُرَّةَ عَيْنِ النَّاظِرِينَ السَّلامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَلِيٍّ بَاقِرَ الْعِلْمِ بَعْدَ النَّبِيِّ السَّلامُ عَلَيْكَ يَا جَعْفَرَ بْنَ مُحَمَّدٍ الصَّادِقَ الْبَارَّ الْأَمِينَ السَّلامُ عَلَيْكَ يَا مُوسَى بْنَ جَعْفَرٍ الطَّاهِرَ الطُّهْرَ السَّلامُ عَلَيْكَ يَا عَلِيَّ بْنَ مُوسَى الرِّضَا الْمُرْتَضَى السَّلامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَلِيٍّ التَّقِيَّ السَّلامُ عَلَيْكَ يَا عَلِيَّ بْنَ مُحَمَّدٍ النَّقِيَّ النَّاصِحَ الْأَمِينَ السَّلامُ عَلَيْكَ يَا حَسَنَ بْنَ عَلِيٍّ السَّلامُ عَلَى الْوَصِيِّ مِنْ بَعْدِهِ اللَّهُمَّ صَلِّ عَلَى نُورِكَ وَ سِرَاجِكَ وَ وَلِيِّ وَلِيِّكَ وَ وَصِيِّ وَصِيِّكَ وَ حُجَّتِكَ عَلَى خَلْقِكَ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ فَاطِمَةَ وَ خَدِيجَةَ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ الْحَسَنِ وَ الْحُسَيْنِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ وَلِيِّ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا أُخْتَ وَلِيِّ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا عَمَّةَ وَلِيِّ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ مُوسَى بْنِ جَعْفَرٍ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَيْكِ عَرَّفَ اللَّهُ بَيْنَنَا وَ بَيْنَكُمْ فِي الْجَنَّةِ وَ حَشَرَنَا فِي زُمْرَتِكُمْ وَ أَوْرَدَنَا حَوْضَ نَبِيِّكُمْ وَ سَقَانَا بِكَأْسِ جَدِّكُمْ مِنْ يَدِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ أَسْأَلُ اللَّهَ أَنْ يُرِيَنَا فِيكُمُ السُّرُورَ وَ الْفَرَجَ وَ أَنْ يَجْمَعَنَا وَ إِيَّاكُمْ فِي زُمْرَةِ جَدِّكُمْ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ أَنْ لا يَسْلُبَنَا مَعْرِفَتَكُمْ اِنَّهُ وَلِيٌّ قَدِيرٌ أَتَقَرَّبُ إِلَى اللَّهِ بِحُبِّكُمْ وَ الْبَرَاءَةِ مِنْ أَعْدَائِكُمْ وَ التَّسْلِيمِ إِلَى اللَّهِ رَاضِيا بِهِ غَيْرَ مُنْكِرٍ وَ لا مُسْتَكْبِرٍ وَ عَلَى يَقِينِ مَا أَتَى بِهِ مُحَمَّدٌ وَ بِهِ رَاضٍ نَطْلُبُ بِذَلِكَ وَجْهَكَ يَا سَيِّدِي اللَّهُمَّ وَ رِضَاكَ وَ الدَّارَ الْآخِرَةِ يَا فَاطِمَةُ اشْفَعِي لِي فِي الْجَنَّةِ فَاِنَّ لَكِ عِنْدَ اللَّهِ شَأْنا مِنَ الشَّأْنِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ أَنْ تَخْتِمَ لِي بِالسَّعَادَةِ فَلا تَسْلُبْ مِنِّي مَا أَنَا فِيهِ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ اللَّهُمَّ اسْتَجِبْ لَنَا وَ تَقَبَّلْهُ بِكَرَمِكَ وَ عِزَّتِكَ وَ بِرَحْمَتِكَ وَ عَافِيَتِكَ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ أَجْمَعِينَ وَ سَلَّمَ تَسْلِيما يَا أَرْحَمَ الرَّاحِمِينَ
Oxunuşu
Əssəlamu əla Adəmə sifvə-tillah, əssəlamu əla Nuhin nə-biyyillah, əssəlamu əla İbra-himə xəlilillah, əssəlamu əla Musa kəlimillah, əssəlamu əla İsa ruhillah, əssəlamu ələykə ya rəsuləllah, əssəlamu ələykə ya xəyrə xəlqillah, əssəlamu ələykə ya səfiyyəllah, əssəlamu ələykə ya Muhəmmədəbnə Əbdillahi xatəmən nəbiy-yin, əssəlamu ələykə ya əmirəl mu`mininə Əliyyəbnə Əbi Tali-bin vəsiyyə rəsulillah, əssəlamu ələyki ya Fatimətu səyyidətə nisail aləmin, əssəlamu ələy-kuma ya sibtəy nəbiyyir rəh-məh, və səyyidəy şəbabi əhlil cənnəh, əssəlamu ələykə ya Əliyyəbnəl Husəyni səyyidəl abidinə və qurrətə əynin nazi-rin, əssəlamu ələykə ya Mu-həmmədəbnə Əliyyin Baqirəl ilmi bə`dən nəbiyy, əssəlamu ələykə ya Cə`fərəbnə Muhəm-mədinis Sadiqəl barrəl əmin, əssəlamu ələykə ya Musəbnə Cə`fərinit tahirət tuhr, əssə-lamu ələykə ya Əliyyəbnə Mu-sər Rizəl murtəza, əssəlamu ələykə ya Muhəmmədəbnə Əliyyinit Təqiyy, əssəlamu ələykə ya Əliyyəbnə Muhəm-mədinin nəqiyyən nasihəl əmin, əssəlamu ələykə ya Həsənəbnə Əliyy, əssəlamu ələl vəsiyyi min bə`dih, Əllahummə səlli əla nurikə və siracikə və vəliyyi vəliyyikə və vəsiyyi vəsiyyikə və huccətikə əla xəlqik, əssəlamu ələyki ya bintə rəsulillah, əssəlamu ələyki ya bintə Fatimətə və Xədicəh, əssəlamu ələyki ya bintə əmiril mu`minin, əssəlamu ələyki ya bintəl Həsəni vəl Husəyn, əssə-lamu ələyki ya bintə vəliyyil-lah, əssəlamu ələyki ya uxtə vəliyyillah, əssəlamu ələyki ya əmmətə vəliyyillah, əssəlamu ələyki ya bintə Musəbni Cə`-fərin və rəhmətullahi və bərə-katuh, əssəlamu ələyki ərrəfəl lahu bəynəna və bəynəkum fil cənnəh, və həşərəna fi zum-rətikum və əvrədəna həvzə nəbiyyikum, və səqana bikə`si cəddikum min yədi Əliyyibni Əbi Talibin sələvatullahi ələykum, əs`əlullahə ən yuri-yəna fikumus sururə vəl fərəc, və ən yəcməəna və iyyakum fi zumrəti cəddikum Muhəm-mədin səlləllahu ələyhi və alih, və ənla yəslubəna mə`rifətə-kum innəhu vəliyyun qədir, ətəqərrəbu iləllahi bihubbikum vəl bəraəti min ə`daikum, vət təslimi iləllahi raziyən bihi ğəyrə munkirin və la mustək-bir, və əla yəqini ma əta bihi Muhəmməd, və bihi razin nətlubu bizalikə vəchəkə ya səyyidi, Əllahummə və rizakə vəd darəl axirəh, ya Fatimə-tuşfəi li fil cənnəti fəinnə ləkə indəllahi şə`nən minəş şə`n, Əllahummə inni əs`əlukə ən təxtimə li bis səadəti fəla təslub minni ma ənə fih, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim, əllahumməstəcib ləna və təqəbbəlhu bikərəmikə və izzətikə və birəhmətikə və afi-yətik, və səlləllahu əla Muhəm-mədin və alihi əcməin, və səllə-mə təslimən ya ərhəmər rahi-min.
Tərcüməsi
Bu şəxsiyyətlərdən birincisi möhtərəm seyidə həzrət Fatimə binti Musa ibni Cəfər (ə)-dır və həzrət Məsumə adı ilə tanınıbdır. Bu xanımın qəbri müqəddəs Qum şəhərində yerləşir və günbəzli hərəmi, zərihi və hərəminin bir neçə səhni (həyəti) vardır. Xanımın hərəmində çoxlu xadim və xadəmələr zəvvarlara xidmət göstərir və buraya saysız-hesabsız vəqflər edilibdir. Bu hərəm, Qum əhalisinin gözünün nuru və hamının pənah və ümid yeridir. İl boyu yaxın-uzaq şəhərlərdən əhli-beyt aşiqləri uzaq səfərin çətinliyinə qatlaşaraq həzrət Məsumənin ziyarətinə gəlirlər. Bir çox hədislərdə bu xanımın fəziləti və məqamının əzəməti bəyan olunubdur. Şeyx Səduq, mötəbər sənəd ilə Səd ibni Səddən belə rəvayət edir ki, o, həzrət İmam Rzadan (ə) Fatimə binti Musa ibni Cəfərin (s.ə) ziyarəti barəsində soruşdu. Həzrət İmam Rza (ə) ona buyurdu: “Onu ziyarət edən şəxsə cənnət vacib olar.” Başqa mötəbər bir hədisdə İmam Rzanın (ə) övladı həzrət imam Məhəmməd Təqidən (ə) rəvayət olunur ki, o həzrət belə buyurub: “Hər kim mənim bibimin Qum şəhərində yerləşən məzarını ziyarət etsə, cənnət ona vacib olar.” Əllamə Məclisi (r.ə) bəzi ziyarətnamə kitablarından nəql edir ki, Əli ibni İbrahim, atası Səd Əşəri Qummidən və o da həzrət İmam Rzadan (ə) bu rəvayəti nəql etmişdir. O həzrət buyurmuşdur: “Ey Səd, sizin diyarınızda bizim xanidanımızdan bir nəfərin qəbri yerləşir.” Səd deyir ki, mən, o həzrətdən soruşdum: “Canım sizə fəda olsun, İmam Musanın (ə) qızı Fatiməni nəzərdə tutursunuz?” O həzrət buyurdu: “Bəli, “Mən zarəha arifən bihəqqiha, fə ləhul cənnəh.” Hər kim onu, onun məqamını dərk edərək ziyarət etsə, cənnət ona vacib olar.”
Bu xanımın qəbrinin baş tərəfində dayanıb, otuz dörd dəfə “Allahu əkbər”, otuz üç dəfə “Subhanəllah” və otuz üç dəfə “Əlhəmdu lillah” zikirlərini dedikdən sonra bu ziyarətnaməni oxu:
Salam olsun Allahın seçdiyi Adəmə! Salam olsun Allahın peyğəmbəri Nuha! Salam olsun Allahın dostu İbrahimə! Salam olsun Allahın həmsöhbəti Musaya! Salam olsun Allahın ruhu İsaya! Salam olsun sənə, ey Allahın Rəsulu! Salam olsun sənə, ey Allahın yaratdıqlarının ən yaxşısı! Salam olsun sənə, ey Allahın seçilmişi (xas bəndəsi)! Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusu Abdullahın oğlu Məhəmməd (s)! Salam olsun sənə, ey Allahın Rəsulunun canişini Əbu Talibin oğlu Əmirəlmöminin Əli! Salam olsun sənə, ey aləmlərin qadınlarının sərvəri Fatimə! Salam olsun sizə, ey rəhmət Peyğəmbərinin nəvələri və cənnət əhlinin cavanlarının sərvərləri! Salam olsun sənə, ey abidlərin sərvəri və bəsirət əhlinin gözünün işığı Hüseynin oğlu Əli! Salam olsun sənə, ey Peyğəmbərdən sonra elmin sirlərini açan Əlinin oğlu Məhəmməd Baqir! Salam olsun sənə, ey sadiq, xeyirxah və əmanətdar Məhəmmədin oğlu Cəfər Sadiq! Salam olsun sənə, ey pak və pakizə Cəfərin oğlu Musa Kazim! Salam olsun sənə, ey təslim və riza məqamına sahib Musanın oğlu Əli Rza! Salam olsun sənə, ey Əlinin oğlu Məhəmməd Təqi (təqvalı)! Salam olsun sənə, ey nəsihətçi və əmanətdar Məhəmmədin oğlu Əli Nəqi (pak-pakizə)! Salam olsun sənə, ey Əlinin oğlu Həsən! Salam olsun ondan sonrakı canişinə! İlahi, Öz nurun, çırağın, nümayəndənin nümayəndəsi, canişininin canişini və məxluqatın üzərindəki höccətinə salam yetir! Salam olsun sənə, ey Allahın Rəsulunun qızı! Salam olsun sənə, ey Fatimə və Xədicənin qızı! Salam olsun sənə, ey Əmirəlmömininin qızı! Salam olsun sənə, ey Həsən və Hüseynin qızı! Salam olsun sənə, ey Allahın nümayəndəsinin qızı! Salam olsun sənə, ey Allahın nümayəndəsinin bacısı! Salam olsun sənə, ey Allahın nümayəndəsinin bibisi! Salam olsun sənə, ey Musa ibn Cəfərin qızı! Allahın rəhmət və bərəkətləri olsun sənə! Salam olsun sənə! Allah bizimlə sizin aranızda behiştdə tanışlıq yaratsın, bizi sizin zümrənizdə məhşur etsin, bizi sizin Peyğəmbərinizin hovuzuna daxil etsin, babanızın camı və Əbu Talibin oğlu Əlinin əlilə sirab etsin. Allahın salamı olsun sizə! Allahdan istəyirəm ki, sizin fərəc və sevincinizi (imam Zamanın zühuru ilə) bizə göstərsin, bizi və sizi babanız Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) zümrəsində cəm etsin və sizin mərifətinizi bizdən almasın. Həqiqətən, O, ixtiyar sahibi və qüdrətlidir! Mən Allaha sizə məhəbbət bəsləmək, düşmənlərinizə nifrət etmək və Ona təslim olmaqla, Ondan razı qalıb heç nəyi inkar etmədən, heç vaxt təkəbbür göstərmədən həzrət Məhəmmədin gətirdiklərinə yəqin edib ondan razı qalmaqla Allahın dərgahına yaxınlaşıram. Bunları sənə yaxınlaşmaq üçün edirəm, ey sərvərim! İlahi, razılığını və axirət evini istəyirəm! Ey Fatimə, mənə behiştə daxil olmaqda şəfaətçi ol! Həqiqətən, sənin Allah dərgahında böyük məqamın var. İlahi, Səndən istəyirəm ki, mənim aqibətimi səadətlə xətm edəsən və hal-hazırda etiqad bəslədiyim imanı məndən almayasan! Uca və böyük Allahdan başqa heç bir güc və qüdrət yoxdur. İlahi, kərəmin, izzətin, rəhmətin və afiyətinə xatir bizim duamızı qəbul və rəva et. Allahın qəni-qəni salamı olsun Məhəmməd və onun Əhli-beytinə – onların hamısına! Ey mehribanların ən mehribanı!
Kitabın adı: Məfatihul Cinan
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |