Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Ağıl
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 6-08-2016, 17:00 | Baxılıb: 1 057

     

     

    Ağıl

     

    Bəzi alimlərin tədqiqatına əsasən insanın ağlı güclü olarsa və yaxşını pisdən ayırd edə bilərsə o ağıl insanı və cəmiyyəti hidayət edib təkamülə çatdıra bilər. Bu sözün doğru olub-olmamasını araşdırmağa ehtiyac vardır. Biz bilməliyik ki, görəsən  ağıl insanı hər bir halda idarə və islah edə bilərmi? Bunu bilmək üçün ağılın tərifini bilmək lazımdır.

    Ağılın mahiyyətinin nə olduğunu heç kəs müəyyənləşdirə bilmir. Bu cövhərin nə olduğu heç kəsə bəlli deyildir. Lakin biz onun xüsusiyyətlərindən və keyfiyyətindən  xəbərdarıq. Quran ağıla çox böyük qiymət vermişdir. Lakin onun mahiyyəti barədə bir söz qeyd etməmişdir. Quran ağlın mahiyyəti barədə bir söz buyurmadığına görə biz də onun həqiqətini bilmirik. Biz yalnız ağılın səmərəsinin düşüncə və fikir olduğunu bilirik və düşüncəli insana da ağıllı insan deyirik. Kimin fikri gözəldirsə, demək onun ağlı da gözəldir.

    İmam Sadiq(ə) buyurur: “Ağıllı insanla axmaq insanın fərqi budur ki, ağıllı insan həmişə fikirləşər, sözü ölçüb-biçdikdən sonra danışar, işlərini fikir və düşüncə ilə həyata keçirər. Lakin axmaq insan isə əksinə, əvvəl danışar, işləri xarab edər, sonra da peşmançılıq çəkər.”

    Bizdən “ağıl nədir?” –deyə soruşduqda biz bu suala belə cavab veririk. Ağılın səmərə və bəhrəsinin düşüncə və fikir olduğunu bilirik, lakin onun mahiyyətini dərk etmirik.

    Allah-təala bu barədə “Rəd” surəsinin 4-cü ayəsində buyurur:

    إِنَّ فِي ذالِكَ لَآياتٌ لِقَوْمٍ يَعْقِلُونَ

    “Şübhəsiz ki, bunda da (ağıllı) anlayıb dərk edən insanlar üçün Allahın nişanələri və əlamətlər vardır.”

    Bu ayədən məlum olur ki, məhz ağıllı insanlar həmişə düşünüb fikirləşər və Allahın nişanələri ilə Onu tanıyarlar.

    İmam Sadiq(ə)-dan “ağıl nədir?”- Deyə soruşduqda imam belə cavab verərək buyurdu: “Ağıl odur ki, insan onun vasitəsilə Allahı tanıyıb Ona ibadət etsin və onun vasitəsilə Cənnəti qazansın.”

    Əgər bir insan Allahı tanıyarsa və ona ibadət edərsə və ya Cənnəti qazanarsa demək o şəxs ağıllı insandır. Bunların hamısı ağılın bəhrələridir. Başqa bir ayəyə diqqət yetirək. Bu ayədə bir qrup insanlar Cəhənnəmə gedərkən belə deyəcəklər:

    وَقَالُوا لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِي أَصْحَابِ السَّعِيرِ

    “Əgər biz eşitsəydik və ağlımızı başımıza yığsaydıq Cəhənnəm əhli içində olmazdıq.”

    Bu ayə açıq aydın olur ki, ağılsız insanlar heç vaxt Cənnətə gedə bilməzlər.

    Allah-təala “Zümər” surəsinin 18-ci ayəsində belə buyurur:

    الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ أُوْلَئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ وَأُوْلَئِكَ هُمْ أُوْلُوا الْأَلْبَابِ

    “O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Məhz onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də məhz onlardır!”

    Bu ayə insanlara bildirir ki, yalnız ağıl sahibləri öyüd nəsihəti və haqqı qəbul edərlər, Allah da onları doğru yola yönəldər.

    Qurani-Kərim ağıla çox üstünlük vermişdir. Təfsir alimləri qeyd etmişlər ki, Rum surəsinin 28-ci ayəsindən başqa Quranda ağıl barədə ayə olmasaydı belə bu ayənin özü ağlın fəzilətli olması barədə kifayət edərdi. Allah-təala bu ayədə belə buyurur:

    كَذَلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْقِلُونَ

    “Biz (Allahın nişanələrini) və ayələrimizi ağılla düşünən bir qövm üçün belə ətraflı izah etdik.”   

    Bu ayədən belə məlum olur ki, Quranın hədəflərindən biri də ağıla tərbiyə verməkdən ibarətdir. Quran bu ayədə ağıla çox qiymət verərək onu qiymətləndirir. Yəni hər kəsin ağlı çox olarsa Quran ona daha çox hörmət edir.

    Mərhum Koleyni “Üsuli-Kafi” kitabında İmam Sadiq(ə)-dan belə bir hədis nəql etmişdir. “Allah ağılı yaratdıqdan sonra onunla söhbət etdi və ağıla hər nə əmr etdisə ağıl əmrə tabe oldu və onu hər nədən çəkindirdisə ağıl ondan çəkindi. Bir sözlə ağıl Allahın bütün əmrlərinə tabe oldu. Allah-təala ağıla xitab edərək buyurdu: “İzzət və cəlalıma and olsun, mən səni şərəfli bir varlıq olaraq xəlq etdim. Və çox istədiyim şəxsə də kamil ağıl verərəm.”

    Sonra Allah-təala buyurdu: “Mən insanlara onların ağlına görə cəza və savab verərəm.”

    Yəni Allah-təalanın insanlara əcr və ya cəza verməsi  onların ağlına görədir və əsas meyar da ağıldır.

    İmam Sadiqdən(ə) bu barədə olan ikinci hədis belədir: “Ağıl odur ki, insanın əməlləri onun vasitəsilə ölçülür.”

    Əgər insanın ağlı az olarsa onun əməlinin çoxluğuna qiymət verilməz. Çünki burada əsas meyar əməlin çoxluğu yox, ağılın çoxluğudur.

    İmam Sadiq(ə) bu hədisi buyurduqdan sonra bir rəvayəti əlavə etdi: “Bir adada abid yaşayırdı və Allaha çox ibadət edərdi. Mələklər gördülər ki, o abid Allaha gecə gündüz ibadət edir, lakin onun əməl dəftərinə az savab yazılır. Mələklər Allaha təəccüblə dedilər: “İlahi, o Sənə gecə gündüz ibadət edir, lakin onun nameyi əməlinə az savab yazılıb. Bunun səbəbi nədir? Allah-təala mələklərə onunla söhbət etməyi əmr etdi. Mələklər gəlib bir gecə-gündüz söhbət etdikdən sonra gördülər ki, o abidin ağılı çox yüngül və azdır. Başa düşdülər ki, Allah ağılı yüngül və az olan şəxslərə çox ibadət etsələr belə savab yazmır. Çünki insanın əməlini onun ağıl keyfiyyətləndirir. Əgər ağlı az olarsa, əməlin keyfiyyəti də az olar.

    Yuxarıda qeyd etdiyimiz ayə və hədislər ağlın fəzilət və şərafəti barəsində idi. Lakin əsas məqsədimiz budur ki, ağıl bu qədər fəzilət və şərafətilə hər bir halda insanı idarə edə bilərmi?  İnsana ağıldan başqa idarə və islah edən bir amil lazımdırmı?

    Bu sualların cavabında belə qeyd etmək lazımdır ki, ağıl insanı adi hallarda idarə edə bilər. Lakin insanın daxilində şəhvət hisləri cuşa gəldikdə və ya heyvani qərizələr insanın daxilində baş qaldırdıqda ağıl  tamamilə kənarda qalır və insanı idarə etməyə qüdrəti çatmır. Məsələn bir cavanın daxilində şəhvət cuşa gəlib tüğyan etdikdə onun gözləri artıq pisliyi görmə qabiliyyətindən düşər. Yəni görəcəyi işin aqibətini düşünməyi unudar. Çünki artıq şəhvət onun ağlını aradan aparmışdır. Əgər insanda qəlbən Allaha iman olmasa ağıl təklikdə onu idarə edə bilməz. Allah-təala “Yusif” surəsinin 24-cü ayəsində buyurur:

    وَلَقَدْ هَمَّتْ بِهِ وَهَمَّ بِهَا لَوْلا أَن رَّأَى بُرْهَانَ رَبِّهِ كَذَلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوءَ وَالْفَحْشَاء إِنَّهُ مِنْ عِبَادِنَا الْمُخْلَصِينَ

    “Doğurdan da, (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi (imanın ən yüksək mərhələsi olmasaydı), (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!”

    Züleyxa ilə Yusif bir otaqda idilər. Onların ikisindən başqa heç kəs yox idi. Orada Yusifi günahdan saxlayan Allaha qəlbən imanı olması idi. Züleyxa öz bütünün üzərinə bir parça atdı. Yusif soruşdu: Niyə bütün üzərinə parça saldın? Züleyxa dedi: Bizi görməsin deyə mən onun üzərinə parça atdım.  Yusif dedi: Sən görməyən, eşitməyən bir bütdən həya edib utandığın halda, mən necə hər bir şeyi görüb-eşidən Allahımdan həya etməyim və utanmayım?

    İnsanın daxilində şəhvət tüğyan etdiyi zaman ağıl onu idarə edə bilməz. Bu zaman insana qəlbən iman lazımdır ki, onu idarə və islah etsin. Çünki şəhvət ağılı aradan aparar.

    Bu bəhsimizin nəticəsində bir daha qeyd edirik ki, ağıl insanı adi halda islah edə bilər, lakin qərizələr insanın daxilində tüğyan etdiyi zaman qəlbi iman olmazsa ağıl insanı idarə və islah edə bilməz.

     

     

     

     

    Kitabın adı: İnsan və mənəviyyat

    Müəllif: Seyid Əli Əkbər Ocaq Nejad

     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.