Mövləvidən bir təmsil:Ağıl ilə iy duymaq
Xurafat, qondarma və düz olmayan mətləbləri düz və səhih mövzulardan ayırmaq barədə Mövləvinin bir gözəl, hikmətli, əlbəttə bir az da pərdəsiz bir təmsili vardır ki, onu nəql edirik:
Mövləvi deyir ki, itin qabağına bir tikə yemək atanda, çarəsiz, onu birbaşa yemir. Əvvəlcə onu iyləyərək öz zövqünə uyğun və zərərli olub-olmamasını yoxlayır.
İnsan da bir məsələni eşitdiyi zaman onu ağlın-düşüncənin gücü ilə iyləməli, ağıl saflığından keçirməli, ağıla və şəriətə uyğun olub-olmamasını müəyyən etməli, «onun həqiqəti varmı və ya yoxmu» deyə düşünməlidir.
İtə bir tikəni atsalar əgər,
Əvvəlcə iyləyər sonradan yeyər.
İt burunla iylər, insan ağılla,
Saf-çürük eyləyər insan ağılla.
Ustad Həsənzadə Amulilin dili ilə desək, «İlahi! Birinin güclü yaddaşı var, digərinin güclü həzm etməyi (yeməyi)! Xoş o şəxsin halına ki, yetgin ağlı var!»
Kitabın adı: Xurafat
Müəllif: Seyid İsmayıl Şakir