İman və yaxşı iş qiyamətdə qəbuldurmu?
Sual : İman və yaxşı iş qiyamətdə qəbuldurmu?
Ətraflı cavab: Bu suala cavab vermək üçün "Ənam” surəsinin 158-ci ayəsinə diqqət etmək lazımdır. Ayədə deyilir:
هَلْ یَنْظُرُونَ اِلاّ اَنْ تَاتِیهُمُ الْمَلایِکَهُ
"Yoxsa onlara əzab mələklərinin gəlməsini gözləyirlər?”
Sonra əlavə edir:
اَوْ یَاْتِىَ رَبُّکَ
"Yaxud Rəbbinin gəlməsini gözləyirlər?”
Daha sonra əlavə edir:
اَوْ یَاْتِىَ بَعْضُ آیاتِ رَبِّکَ
"Yaxud Rəbbinin (dünyanın sonunda və qiyamətin başlanğıcında baş verən və onun ardınca tövbə qapılarının bağlandığı) bəzi nişanələrinin gəlməsini gözləyirsiniz?”
Ardınca buyurur:
یَوْمَ یاَتِى بَعْضُ آیاتِ رَبِّکُ لا یَنْفَعُ نَفْساً ایمانُها لَمْ تَکُنْ آمَنَتْ مِنْ قَبْلُ اَوْ کَسَبَتْ فى ایمانِها خَیْراً
"Rəbbinin bəzi nişanələrinin gələcəyi gün, ondan əvvəl imanı olmayan və ya iman halında bir şey əldə etməmiş şəxsə iman gətirməsinin bir xeyri olmayacaqdır.”
Tövbə qapıları onların üzünə bağlanacaqdır. Çünki həmin vaxt tövbə və iman icbari xarakter alır. Deməli, ixtiyari tövbə və iman keyfiyyətində olmayacaqdır.
Yuxarıda qeyd olunanlardan "iman halında bir şey əldə etməmiş” cümləsinin mənası aydın olur. Cümlənin mənası budur ki, o gün nəinki, iman gətirmək mənasızdır, eləcə də iman gətirib saleh əməllər görməyən şəxslərin, həmin gün saleh əməl görmələri də faydasızdır. Çünki oraya hakim atmosferin təsiri altında hamı qeyri-ixtiyari olaraq günah işlərdən çəkinir, məcburi olaraq saleh işlərə üz gətirir. Ayənin sonunda hədələyəcək tərzdə inadkar insanlara buyurulur:
قُلْ انْتَظِرُوا اِنّا مُنْتَظِرُونَ
"De: "(İndi ki belə bir istəyiniz var onda) gözləyin ki, biz də (sizin ağır əzabınızı) gözləyirik.””
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı