» » Əməlləri görmək


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əməlləri görmək
    0
    Müəllif: Aşiqi Rüqəyya | 5-07-2016, 12:00 | Baxılıb: 1 549
     
     
    Əməlləri görmək
     
    Sual: Qiyamət günü insanın yaxşı və pis əməlləri yanında olacaqmı?
    Ətraflı cavab: Qurani-kərim "Ali İmran” surəsinin 30-cu ayəsində insanın yaxşı və pis əməllərinin hər biri bir şəkildə təcəssüm edərək məhşərə gələcəyindən söz açır. Ayədə deyilir: 
    یَوْمَ تَجِدُ کُلُّ نَفْس ما عَمِلَتْ مِنْ خَیْر مُحْضَراً وَ ما عَمِلَتْ مِنْ سُوءتَوَدُّ لَوْ اَنَّ بَیْنَها وَ بَیْنَهُ اَمَداً بَعیداً وَ یُحَذِّرُکُمُ اللّهُ نَفْسَهُ وَ اللّهُ رَوُفٌ بِالْعِبادِ
    "(Yada sal o günü ki,) hər bir kəs yerinə yetirdiyi xeyir və etdiyi pis əməlləri hazır görəcək. Həmçinin (həmin) gün arzu edəcək ki, kaş onunla pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı. Allah sizi Öz (əzabından) çəkindirir. Allah Öz bəndələrinə şəfqətlidir.”
    "Təcidu” sözü "vicdan” kökündən və "tapmaq” mənasındadır. Antonimi "itirmək” və "yox olmaq”dır. Qeyri-müəyyən isim formasında gələn "xəyr” (yaxşı) və "su`” (pis) sözləri burada ümumiliyi göstərir. Yəni, o gün hər insanlar böyük və kiçikliyindən, eləcə də az  və çoxluğundan asılı olmayaraq hər bir yaxşı və pis əməlini öz qarşısında görəcəkdir. 
    Bəzi təfsirçilər bu və ya buna bənzər digər ayələrin mənasını israrla yozaraq əməllərin hazır olmasını, həqiqətdə onların mükafat və cəzasının hazır olması və yaxud əməl dəftərinin hazır olması kimi  izah edirlər. Əməl dəftəri dedikdə insanın yaxşı və pis əməlləri daxil olmaqla bütün əməllərin qeyd olunduğu kitab nəzərdə tutulur. Lakin bu yozmaların ayənin aşkar mənası ilə uyğunsuzluğu göz qabağındadır. Çünki ayədə aydın formada deyilir ki, insan Qiyamət günü əməlin özünü görəcək.
    Digər bir dəlilimiz budur ki, həmin ayədə oxuyuruq: Günahkar əməlin məhvini deyil, bəlkə özü ilə onun arasında uzun fasilə olmasını arzu edir. Buradan məlum olur ki, əməllərin məhvi qeyri-mümkündür. Əks təqdirdə günahkar günahın məhvini arzu edərdi. 
    Bu məsələni digər fərqli ayələr də təsdiq edir. Məsələn, "Kəhf” surəsinin 49-cu ayəsində deyilir: 
    وَ وَجَدُوا ما عَمِلُوا حاضِراً وَ لایَظْلِمُ رَبُّکَ اَحَداً
    "Günahkarlar keçmişdə etdikləri əməlləri (Qiyamət günü) gözləri önündə hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir.”
    "Zəlzələ” surəsinin 7 və 8-ci ayələrində deyilir: 
    فَمَنْ یَعْمَلْ مِثْقالَ ذَرَّه خَیْراً یَرَهُ * و مَنْ یَعْمَلْ مِثْقالَ ذَرَّه شَرّاً یَرَهُ
    "Hər kəs zərrə ağırlığında yaxşı və pis iş görmüşsə, onu görəcəkdir.”
    Qeyd etdiyimiz kimi, bəzi təfsirçilər bu ayələrdə "cəza” sözünün gizlində olduğunu iddia edirlər ki, bu da ayənin zahiri mənasına ziddir. 
    Bəzi ayələrdən bu dünyanın o biri dünya üçün əkin sahəsi olması qənaətinə gəlinir. İnsan əməlləri isə əkinçilərin torpağa səpdikləri toxumlardır. Toxum dənələri əkin sahəsinə səpildikdən sonra torpaqda cücərib inkişaf etməyə başlayır. Nəticədə həmin toxumların böyük artımla məhsulu yığılır. İnsanın əməlləri də axirət dünyasının tələbinə uyğun formada çox sayda dəyişikliklərə məruz qalaraq insanın özünə qayıdır. Necə ki, Allah-Taala "Şura” surəsinin 20-ci ayəsində buyurur: 
    مَنْ کانَ یُریدُ حَرْثَ الآْخِرَهِ نَزِدْ لَهُ فی حَرْثِهِ
    "Kim axirət əkini istəsə, onun əkinini artırarıq.”
    Bəzi digər ayələrdə, bu dünyanın yaxşı və xeyirxah işlərinin digər dünyada nura çevrilməsindən söz açılır. Münafiqlər möminlərdən bu nuru istəyərək deyirlər: 
    انْظُرُونا نَقْتَبِسْ مِنْ نُورِکُمْ
    "Gözləyin, biz də sizin nurunuzdan götürək.”
    Onlara deyiləcək: 
    ارْجِعُوا وَراءَکُمْ فَالَْتمِسُوا نُوراً
    "Geriyə (dünyaya) qayıdın və (orada) nur axtarın.” ("Hədid" surəsi, ayə 13. ) 
    Bu və ya digər bənzər ayələr göstərir ki, Qiyamət günündə əməlin özünü kamil şəkildə görəcəyik. Bu, İslam alimlərinin etiqad bəslədikləri "əməllərin təcəssümü” məsələsidir. 
    Dahi İslam rəhbərlərindən nəql olunan çox saylı hədislər də bunu bir daha təsdiq edir. Burada yalnız onlardan birini qeyd etməklə kifayətlənirik: 
    İslam peyğəmbəri (s) nəsihət istəyənlərdən birinə buyurdu: 
    (وَ اِنَّهُ لا بُدَّ لَکَ یا قَیْسُ مِنْ قَرِین یُدْفَنُ مَعَکَ وَ هُوَ حَیٌّ وَ تُدْفَنُ مَعَهُ وَ اَنْتَ مَیِّتٌ فَاِنْ کانَ کَرِیماً اَکْرَمَکَ وَ اِنْ کَانَ لَیِیماً اَسْلَمَکَ ثُمَّ لایُحْشَرُ اِلاّ مَعَکَ وَ لاتُحْشَرُ اِلاّ مَعَهُ وَ لاتُسْاَلُ اِلاّ عَنْهُ فَلاتَجْعَلْهُ اِلاّ صالِحاً فَاِنَّهُ اِنْ صَلَحَ آنَسْتَ بِهِ، وَ اِنْ فَسَدَ لاتَسْتَوْحِشُ اِلاّ مِنْهُ وَ هُوَ فِعْلُکَ)
    "Ey Qeys! Ölümdən sonra səninlə bir yerdə dəfn olunacaq birisi ilə yoldaşlıq etmək məcburiyyətindəsən. Sən onunla bir yerdə dəfn olunsan da o diri sən isə ölü olacaqsan. Əgər o yaxşı və möhtərəm olsa, sənə hörmət edəcək. O, alçaq və çirkin olsa, səni hadisələrə təslim edəcək. O, yalnız səninlə birlikdə məhşərə gedəcək, səndə ondan başqası ilə axirətə qədəm qoymayacaqsan. Səndən yalnız onunla bağlı suallar soruşulacaq. Buna görə də çalış onu layiqli yerinə yetir. Çünki o layiqli olsa, onunla ünsiyyət yaradacaqsan. Əks təqdirdə ondan başqa heç kəsdən qorxmayacaqsan. O, sənin əməlindir.”  
    Bundan əlavə, keçmiş əməllərin maddi təzahürünə sübut üçün bu gün tam isbatını tapmış fizika qanunlarından istifadə etmək olar. Fizikada sübuta yetmişdir ki, maddə enerjiyə (cisim gücə) çevrilir. Belə ki, maddə və enerji haqqında son nəzəriyyə, maddə və enerjinin bir həqiqətin iki təcəssümü olmasıdır. Maddə sıxılmış enerjidir və müəyyən şərtlərlə aşkar enerjiyə çevrilir. Bəzən bir qram maddədə mövcud enerji, 30 min ton dinamit partlayış gücündən artıqdır. 
    Nəticə: Maddə və enerji vahid həqiqətin fərqli təzahürləridir. Maddə və enerjinin heç vaxt itmədiyini nəzərə alsaq, dağılıb səpələnmiş enerjilərin yenidən bir yerə toplanması, cisim tipi alması tamamilə mümkündür. İslahat və xeyirxah işlər üçün və yaxud zülm və günah yollarda sərf olunmuş enerji bir vaxt sıxılmış hal ala və qiyamət günü xüsusi cismani formada təcəssüm edə bilər. Əməllər yaxşı olduqda, gözəl və xoşagələn maddi forma alır. Əməllər pis və xoşagəlməz olduqda isə, işgəncə və əzab amili formasında təcəssüm edir. ("Nümunə təfsiri”, cild 2, səh. 589.)


    Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
     
     
    Bölmə: Suallar
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.