Qiyamət günü bəndələrin halı necə olacaq?
Qiyamət günü bəndələrin halı necə olacaq?
Sual: Qiyamət günü bəndələrin halı necə olacaq?
Ətraflı cavab: Həqiqətən Quran tərbiyəvi cəhətdən heyrətamiz bir kitabdır. Qiyamət səhnəsi bu kitabda insanlar üçün təsvir olunarkən deyilir:
Bütün insanlar cərgələrdə ilahi ədalət məhkəməsinə gətirilir. Onlar əqidə və əməl meyarı əsasında müxtəlif cərgələrə bölünmüşlər. Əlləri başqa şeylərdən üzülmüşdür. Dünyada dəyər verib bağlandıqları şeyləri geridə qoyub gəlmişlər. Kütlə ikən tənha, tənha ikən kütlədirlər. Sonra əməl dəftərləri açılır. Hər şey dilə gətirilir. İnsanların kiçik və böyük əməlləri açıqlanır. Bundan da üstünü, bütün əməl və niyyətlər canlanır və təcəssüm edir. Hər kəsin ətrafını əməl təcəssümü əhatələyir. İnsanların başı o qədər öz işlərinə qarışır ki, ana uşağını, uşaq da anasını tamamilə unudur.
Bu ilahi ədalət məhkəməsinin dəhşət doğuran ağır kölgəsi, günahkarları gözləyən ağır cəzalar hamının ürəyinə vəlvələ salır. Nəfəslər sinələrdə donub durur, gözlər isə bir nöqtəyə zillənib qalır. (“Nümunə təfsiri”, cild 12, səh. 499.)
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.