Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Qiyamət günü bəndələrin ağır əzabı Allahın ədalətinə uyğundurmu?
Sual: Qiyamət günü bəndələrin ağır əzabı Allahın ədalətinə uyğundurmu?
Ətraflı cavab: “Ali İmran” surəsnin 182-ci ayəsini nəzərə almaqla bu suala cavab vermək olar. Allah-Taala ayədə buyurur:
ذلِکَ بِما قَدَّمَتْ اَیْدیکُمْ وَ اَنَّ اللّهَ لَیْسَ بِظَلاّم لِلْعَبیدِ
“Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir (ki, indi onun acısını hiss edirsiniz. Bu siz idiniz ki, özünüzə zülm etdiniz), yoxsa Allah əsla bəndələrə zülm edən deyildir.”
Ümumiyyətlə, sizin kimi cinayətkarlar öz əməllərinin cəzasına çatmasalar və xeyirxah insanların sıralarında dayansalar, bu, son dərəcə ədalətsizlikdir. Əgər Allah belə etməsə, “zəllam” (çox zülm edən) olacaqdır.
“Nəhcul-bəlağədə” İmam Əlidən (ə) belə nəql olunur:
وَ اَیْمُ اللّهِ ما کانَ قَوْمٌ قَطُّ فِی غَضِّ نِعْمَه مِنْ عَیْش فَزالَ عَنْهُمْ اِلاّ بِذُنُوب اجْتَرَحُوها
“And olsun Allaha, bir qövm nemət içində qərq olarkən nemət onlardan alınmışdırsa, bu, yalnız batdıqları günahlara görədir.”
Sonra İmam Əli (ə) həmin cümləyə istinad edir:
لاِ َنَّ اللّهَ لَیْسَ بِظَلاّم لِلْعَبِیدِ
“Allah əsla bəndələrə zülm edən və layiqli insanlardan neməti alan deyildir”.
Ayə bir tərəfdən “cəbrə” (insanın ixtiyarsız olmasına) inananların etiqadını inkar edir, digər tərəfdən də Allahın işləri haqqında ədalət qanununu ümumiləşdirir.
İzah: Sözü gedən ayə birmənalı şəkildə göstərir ki, Allah tərəfindən hər hansı cəza və yaxud mükafat insanların öz iradələri ilə şüurlu surətdə etdikləri əməllərə görədir:
ذلِکَ بِما قَدَّمَتْ اَیْدِیْکُمْ
“Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir.”
Digər tərəfdən yuxarıdakı ayədə aşkar formada deyilir ki, Allah-Taala heç bir vaxt zülm etməz. Onun cəza və mükafatı ədalət mehvəri ətrafında fırlanır. Bu, eynilə ədliyyə məktəbinin (Ədalətə inananarın, yəni, şiələr və əhli-sünnədən “Mötəzilə” adlanan bir qrupun) etiqad bəslədiyi əqidədir.
Amma onların müqabilində əhli-sünnədən olan “Əşairə” adlı qrup heyrət doğuran əqidəyə malikdir. Onlar hesab edirlər ki:
“Ümumiyyətlə, Allah barəsində zülm təsəvvür olunmazdır. Onun etdiyi bütün işlər ədalətin özüdür. Hətta bütün saleh insanları cəhənnəmə və bütün günahkarları cənnətə salsa belə əsla zülm etməmişdir. Heç kəsin onu sorğu-sual etməyə haqqı yoxdur.”
Yuxarıdakı ayə belə yalnış etiqadları tamamilə rədd edərək deyir: Əgər Allah insanları günah iş görmədən cəzalandırsa zalım, daha doğrusu zəllamdır (ən zülmkar şəxsdir).
“Zəllam” sözü mübaliğə siğəsidir, mənası “çox zülm edən” deməkdir. Allahın azacıq zülmü rəva görmədiyi halda bu kəlmənin burada işlənməsi bəlkə də bu üzdəndir ki, Allah insanları küfr və günaha məcbur etsə, onları çirkin əməllərə təhrik etsə, sonra onları məcburiyyət qarşısında etdikləri əməllərə görə cəzalandırsa az zülm etməmişdir, daha doğrusu ən zalım şəxs olmuşdur. ( “Nümunə təfsiri”, cild 3, səh. 66.)
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |