Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İnsanın əməlləri qiyamətdə necə təqdim olunacaqdır?
Sual: İnsan əməlləri qiyamətdə necə təqdim olunacaqdır?
Qısa cavab:
Ətraflı cavab: Qurani-kərim “Təkvir” surəsinin 9-14-cü ayələrində qiyamətin ikinci mərhələsinə, yəni, digər dünyanın zahir olmasına və əməllərin hesab-kitabına işarə edir:
وَ اِذَا الصُّحُفُ نُشِرَتْ
“Əməl dəftərləri açılacağı zaman.”
“Suhuf” sözü səhifə sözünün cəmidir. Əslində geniş açılmış bir şeyə deyilir, məsələn, üz səhifəsi. Sonradan üzərində yazı yazılmış lövhələrə və kağız parçalarına deyilməyə başlandı.
Qiyamət günü əməl dəftərlərinin açılması “İsra” surəsinin 14-cü ayəsində deyildiyi kimi onların sahiblərinin gözləri qarşısında baş verir ki, oxuyub özləri öz hesablarını çəksinlər:
اِقرَاْ کِتابَکَ کَفى بِنَفْسِکَ الْیَوْمَ عَلَیْکَ حَسِیْباً
Eyni zamanda bu başqalarının gözləri qarşısında baş verir ki, xeyir əməl sahibləri üçün təşviq, pis iş sahibləri üçün isə cəza və əzab amili olsun. Daha sonra əlavə edir:
وَ اِذَا السَّماءُ کُشِطَتْ
“Göy (üzündən pərdə) götürüldüyü zaman.”
“Kuşitət” dedikdə ayədə bu dünyada maddi cahanın və yuxarı aləmin üzərinə atılan pərdənin kənara çəkilməsi nəzərdə tutulur. Pərdə insanların bu aləmə daxil olan mələkləri və yaxud cənnət-cəhənnəmi görməsininin qarşısını alır. Həmin pərdə kənara çəkildikdən sonra insanlar varlıq aləminin həqiqətlərini görəcəkdir və sonrakı ayələrdə deyildiyi kimi cəhənnəm şölələnəcək və cənnət insanlara yaxınlaşacaqdır.
Bəli, Qiyamət günü aşkarlanan (yovmul-büruz) gündür. Hər şeyin həqiqəti həmin gün üzə çıxacaq, səmadan pərdə götürüləcəkdir.
Ona görə də sonrakı ayədə buyurur:
وَ اِذَا الْجَحِیمُ سُعِّرَتْ
“Cəhənnəm alovlandırılıb şölələndiyi zaman.”
“Cəhənnəm kafirləri əhatə etmişdir” ( "Tövbə" surəsi, ayə 49.) ayəsinə görə cəhənnəm bu gün də var, lakin dünya aləminin pərdə və hicabları onu görməyə mane olur. Necə ki, bir çox Quran ayələrinə görə cənnət də bu gün pərhizkar insanlar üçün hazırdır.
Həmçinin sonrakı ayədə buyurur:
وَ اِذَا الْجَنَّهُ اُزْلِفَتْ
“Cənnət (təqvalılar üçün) yaxınlaşdırıldığı zaman”
“Şüəra” surəsinin 90-cı ayəsində də eyni məsələyə toxunulmuşdur, bu fərqlə ki, burada “müttəqin” (təqvalılar) kəlməsi qeyd edilmir.
“Uzlifət” sözü, “zəlf” və ya “zulfa” sözlərindəndir və yaxınlıq mənasında işlənir. Burada yaxınlıq dedikdə həm zaman, həm də məkan baxımından yaxınlıq nəzərdə tutula bilər. Həmçinin səbəb və müqəddimə baxımından yaxınlıq və ya bunların hamısı birgə ola bilər. Yəni, cənnət həm məsafə baxımından möminlərə, həm daxil olma zamanı baxımından yaxın olacaq, həm də səbəb və müqəddimələri asanlaşacaq.
Diqqət etmək lazımdır ki, xeyir əməl sahiblərinin cənnətə yaxınlaşmasından söhbət getmir. Əksinə, ayəyə əsasən cənnəti onlara yaxınlaşdırırlar. Bu ibarə mövzu haqqında deyilməsi mümkün olan ən layiqli ifadə tərzidir.
Qeyd etdiyimiz kimi, cənnət və cəhənnəm hal-hazırda da vardır. Amma indikindən fərqli olaraq o gün cənnət həmişəkindən daha yaxın, cəhənnəm həmişəkindən daha alovlu olacaq.
Həqiqətdə, sözü gedən ayələrin sonuncusu keçmiş ayələri təkmilləşdirir və on iki şərt budaq cümləsinin budaq cümləsidir. Ayədə deyilir:
عَلِمَتْ نَفْسٌ ما اَحْضَرَتْ
“Hər kəs nə hazırladığını biləcəkdir.”
Bu ifadə bütün əməllərin orada hazır olacağını tam aydın şəkildə bəyan edir. İnsanın öz əməlləri haqqında məlumatı müşahidə ilə yanaşı olacaqdır.
Bu həqiqət Quranın digər fərqli ayələrində də diqqət çəkir. “Kəhf” surəsinin 49-cu ayəsində oxuyuruq:
وَ وَجَدُوا ما عَمِلُوا حاضِراً
“Onlar (dünyada) etdiklərini hazır görəcəklər.”
Həmçinin “Zilzal” surəsinin sonuncu ayəsində deyilir:
فَمَنْ یَعْمَلْ مِثْقالَ ذَرَّه خَیْراً یَرَهُ * وَ مَنْ یَعْمَلْ مِثْقالَ ذَرَّه شَرّاً یَرَهُ
“Hər kəs zərrə ağırlığında yaxşı iş görmüşsə, onu görəcək və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir.“
Bu ayə də əməllərin maddi təzahürünə bir işarədir. Belə ki, bu dünyada insanların əməlləri əsla aradan getmir, həmin gün əmələ müvafiq formada təcəssüm edəcək və məhşərdə hazır olacaqdır. (“Nümunə təfsiri”, cild 26, səh. 177.)
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |