Həzrət Əli (ə)-ın nəzərində hakimin vücudunun zəruriliyi
Həzrəti Əli (əleyhissalam) bu mövzuda buyurur:
"İnsanlardan ötrü bir nəfər hakim zəruridir. İstər yaxşı olsun, istər pis. Mömin onun hökumətində ibadətlə məşğuldur. Kafir öz bəhrəsini alır. (Hamı hakimin olması ilə hərc-mərc və iztirabdan amandadırlar.) Allah, onun zamanında hər kəsi öz əcəlinə çatdırar. Onun vasitəsi ilə maliyyat cəm olar. Düşmənlə döyüşər, oğruların yollarının qabağı alınar. Zəifin və gücsüzün haqqı zalimdən alınar. Bununla da yaxşı insanlar pislərin şərrindən amanda yaşayarlar!”(Nəhcül-bəlağə, 40-cı xütbə )
Həzrəti Əli (əleyhissalam) bu sözləri o vaxt buyurur ki, Xəvaric "həkəmeyn" əhvalatında etiraz edib deyirlər ki, hökumət səndən yox, Allahdandır!"
Bu bəyanda Həzrəti Əli (əleyhissalam) hakimin cəmiyyətdə vücudunun zəruriliyini və onun roluna işarə edir. O yaşayış mühiti möhkəmdir ki, güclü hökuməti olmuş olsun. Bununlada, onun sayəsində hamı, əmin-amanlıqda öz hədəflərinə tərəf hərəkət etsinlər. Bu bəyanda Həzrət, ümumiyyətlə, mütləq hökumətdən və onun əsl vücudundan söz açmışdır.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi