İnanc nöqteyi-nəzərindən hicabın zəruriliyinin sübutu
Şübhəsiz ki, hər bir dində imanın birinci şərti Allah və onun peyğəmbərinin hökmünün qarşısında təslim olmaqdır. İman əhli Allah tərəfindən onun peyğəmbəri vasitəsilə onlara nazil olanları səmimi qəlblə qəbul etməyi və onun fərmanları qarşısında itaətkarlıq göstərməyi özlərinə vəzifə bilirlər. Onların etiqadına görə qadir və həkim Allah tərəfindən Onun yaratdığı bəşər üçün gəlmiş və bəyan olunmuş qanunlar digər qanunlarla müqayisədə daha kamil və itaətə daha layiqdir. İslamda bu qanunların mənbəyi səmavi kitab olan Qurandır. Quran bizi Peyğəmbərin (səlləllahu əleyhi və alih) sünnəsinə itaət etməyə çağırır. Bundan başqa, Peyğəmbərin (səlləllahu əleyhi və alih) sünnəsində də məsum imamlara (əleyhimus-salam) itaət etmək məsələsi aydın şəkildə diqqət çəkir. Deməli, İslam hökmlərinin mənbəyi Quran, Peyğəmbərin (səlləllahu əleyhi və alih) sünnəsi və imamların (əleyhimus-salam) qoyduqları yoldur.
Qurana müraciət etməklə hicab hökmünün müsəlman qadın üçün vacibliyini aşkar şəkildə başa düşmək olar. Belə ki onu dərk etmək üçün sünnəyə (hansı ki, şəriət hökmlərinin çoxunu onsuz başa düşmək mümkün deyil) ehtiyac yoxdur.
Birinci ayə:
وقل للمؤمنات یغضضن من أبصارهن ویحفظن فروجهن ولا یبدین زینتهن إلا ما ظهر منها ولیضربن بخمرهن على جیوبهن ولا یبدین زینتهن إلا لبعولتهن أو آبائه
ن أو آباء بعولتهن أو أبنائهن أو أبناء بعولتهن أو إخوانهن أو بنی إخوانهن أو بنی أخواتهن أو نسائهن أو ما ملکت أیمانهن أو التابعین غیر أولی الاربة من الرجال أو الطفل الذین لم یظهروا على عورات النساء ولا یضربن بأرجلهن لیعلم ما یخفین من زینتهن وتوبوا إلى الله جمیعا أیها المؤمنون لعلکم تفلحون
Mömin qadınlara de ki, (həvəslə dolu baxışlardan) gözlərini yumsunlar və öz ayıb yerlərini (iffətsizlikdən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini, onların öz-özlüyündə görünən yerləri istisna olmaqla, üzə çıxarmasınlar. Baş örtüklərini yaxalarına salsınlar (ki, boyun və sinələri onunla örtülsün). Zinətlərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan qadınlardan, qullarından (kənizlərindən), şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlara aid cinsi məsələlərdən agah olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Mömin qadınlara de ki, yol gedərkən) gizlətdikləri zinətlərin (ayaqlarına taxdıqları xalxalın səsinin) bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız Allaha tərəf qayıdın ki, bəlkə xilas olasınız. ( "Nur" surəsi, ayə 31.)
(Qeyd: "İbda" aşkar etmək, göstərmək mənasındadır, "qadınların zinəti" dedikdə isə zinət yerləri nəzərdə tutulur. "Xumur" sözü "xumar" sözünün cəm formasıdır. "Xumar" qadınların başlarına örtdüyü, qalan hissəsini isə sinələrinə atdığı libas – məğnədir. "Cuhub" sözü "ceyb" sözünün cəm formasıdır, "sinələr və boyunlar” deməkdir.
"Bəulə" "ər" mənasındadır. Sözügedən yeddi tayfa isə qan qohumluğu və ya izdivac vasitəsilə məhrəm olanlardır.
"İrbə" sözü hacət və istək deməkdir. Burada şəhvətlə bağlı istək və ehtiyaclar nəzərdə tutulmuşdur.
"Tabeinə minər-rical" dedikdə əqli cəhətdən geri qalmış insanlar nəzərdə tutulur. Onlar başqalarının himayəsi və qəyyumluğu altında yaşayır və kişilik şəhvətinə malik deyillər.)
İkinci ayə:
یا ایها النبی قل لازواجک وبناتک ونساء المؤمنین یدنین علیهن من جلابیبهن ذلک أدنى أن یعرفن فلا یؤذین وکان الله غفورا رحیما
Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, cəlbablarını (uzun örpək) örtsünlər. Bu (iş) onların tanınması və əziyyətə məruz qalmaması üçün daha münasibdir (əgər indiyə kimi onlardan bir xəta çıxıbsa və ya laqeydlik ediblərsə, tövbə etsinlər). Allah həmişə bağışlayan və rəhm edəndir.( "Əhzab" surəsi, ayə 59.)
Bu iki ayədə hicab və hicaba riayət etmək qaydaları haqda ümumi formada beş göstəriş verilmişdir:
1) لا یبدین زینتهن الا ما ظهر منها – öz zinətinizi – görünən yerləri istisna olmaqla – aşkara çıxarmayın.
2) ولیضربن بخمرهن على جیوبهن – Baş örtüklərini yaxalarına salsınlar (ki, boyun və sinələri onun vasitəsilə örtülsün).
3) ولا یضربن بأرجلهن لیعلم ما یخفین من زینتهن – Zinətlərini ərlərindən, atalarından ... başqa heç kəsə göstərməsinlər.
4) ولا یضربن بأرجلهن لیعلم ما یخفین من زینتهن – zinətlərin (ayaqlarına taxdıqları xalxalın səsinin) bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar.
5) یدنین علیهن من جلابیبهن – cəlbablarını (uzun örpək) örtsünlər.
Allah tərəfindən birbaşa əmr və qadağa formasında bəyan olunmuş bu beş göstəriş əhli-imana hicaba riayət etməyin vacibliyini iman nöqteyi-nəzərindən sübut etmək üçün kifayətdir və onlar üçün qaneedici bir arqumentdir.
Ardı var...
Müəllif: Seyd Məhəmməd Cavad Bəni Səid
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı