Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Quran müsəlman qadından nə istəyir?
Quranın cəmiyyətin hər bir üzvünə görə öz istək və göstərişləri vardır. Quranın müsəlman qadından da öz istək və göstərişləri vardır. Qurani-Kərimin “Nisa” surəsinin 34-cü ayəsində ALLAH Təala buyurur: “ALLAH bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və ALLAHın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin”.
Bu ayədən göründüyü kimi, müsəlman qadının birinci vəzifəsi budur ki, ərinin himayəsi altında olsun və onun rəhbərliyini qəbul etsin. Belə ki, bu surənin 24-cü ayəsində oxuyuruq ki, ALLAH kişini ailənin rəhbəri təyin etmişdir. Bu yolla ALLAH müsəlman qadından istəyir ki, ərinə itaət etsin və onu bir rəhbər kimi qəbul etsin.
Ərinin buyurduqları əgər ALLAHın əmrləri ilə müxalifətlik etmirsə, qadın ona itaət etməlidir. Əgər ər qadından haram işi istəyərsə, şübhəsiz ki, qadın bunu etməməlidir. ALLAH bu qayda və qanunu qadının təkamülə çatması üçün qərar vermişdir. Çünki əgər ailədə hər kəs bildiyini söyləsə, həmin ailənin axırı yaxşı olmaz.
Quranın müsəlman qadından istədiyi başqa bir şey - iffətli olması və naz-qəmzəsindən yerində istifadə etməsidir. Belə ki, buyurur: “Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar”. (“Nur” 31).
ALLAH Təala bu ayədə buyurur ki, mömin qadınlar iffətli olmalı və zinətlərini və gözəlliklərini, naz və qəmzələrini ərləri üçün nümayiş etdirməlidirlər. Naməhrəmə deyil.
Quran müsəlman qadınlardan istəyir ki, Peyğəmbərin (s) həyat yoldaşlarına buyurduğu kimi, təqvalı olsunlar və danışan zaman səs tonlarına diqqət etsinlər. “Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”. (“Əhzab” 32).
Beləliklə, deyə bilərik ki, Quran mömin qadınlardan istəyir ki, ərlərinə itaət edib, onu ailənin başçısı kimi qəbul etsinlər. İffətli olub, zinətlərini nümayiş etdirməsinlər. Təqvalı olub, danışıq tonlarına diqqət etsinlər.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |