Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
QADIN QUR’ANDA
Allah-təala Quranda qadınlar barəsində “Nisa” adlı (“Qadınlar” surəsi) bir surə nazil edib. Burada qadınların hüququ, evlənmə, iffət, idarəetmə, ailə saxlamaq və cəmiyyətin ilkin bünövrəsini yaxşı qurmaq, yəni ailə mühiti, ər-arvad və cəmiyyətin digər üzvlərinin bir-birləri qarşısında olan hüquq və vəzifələri barəsində qanunlara riayət etməyə aid lazımi hökmlər verilib. Quranın digər surələrindəki ayələrdə də həmçinin, bu mövzuda çoxlu göstərişlər qeyd edilir. Qərblilər çoxarvadlılıq barədə dəhşətlə danışsalar da, özləri (qeyri-qanuni və qeyri-insani yolla) bir neçə qadına sahib olurlar. Amma Quran bu barədə aşkar şəkildə buyurur: «Əgər ədalətə riayət etməkdən qorxursunuzsa, bir qadınla kifayətlənin».
Rəvayətdə nəql olunur ki, Peyğəmbərin (s) zövcələrindən biri Ümmü Sələmə O Həzrətdən (s) soruşdu: «Quranda kişilərin hicrət və fədakarlığından çox bəhs olunub, ancaq qadınlar barəsində hicrətdən heç bir söz eşitməmişəm».
Bu zaman «Ali-İmran» surəsinin 195-ci ayəsi nazil oldu.[7] Ayənin tərcüməsi belədir: «Allah onların (düşüncə sahiblərinin) dualarını qəbul etdi və (buyurdu) – istər kişi, istərsə də qadın olsun, mən heç birinizin əməlini puça çıxarmaram. Siz hamınız həmnöv və bir–birinizdənsiniz. And içirəm ki, hicrət edənlərin, öz yurdlarından çıxanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarını bağışlayacam və onları ağacları altından çaylar axan behiştlərə daxil edəcəm. Bu, Allah tərəfindən bir mükafatdır və ən yaxşı mükafat Allah yanındadır».
Bəzi rəvayətlərdə yuxarıdakı ayənin Fəvatim barəsində, yəni Fatimə binti Əsəd (s), Fatimeyi Zəhra (s), Zübeyr qızı Fatimə, Ümmü Əymən və bir neçə digər şəxslərin haqqında nazil olunduğu bildirilir. Həzrət Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra onlar da Məkkədən hicrət edib özlərini Mədinədə Peyğəmbərə (s) çatdırdılar. Belə nəticə alırıq ki, İslamda qadın kişi ilə eyni səviyyədə və eyni şəxsiyyətə malikdir. Hicrət etmək, haqqın müdafiəsi, döyüşçülərə kömək etmək kimi mühüm işləri onlara tapşırmaq olar və onlar böyük mənəvi mükafatlara nail olarlar. Zövcələrin çoxluğu, ona (qadına) kömək və himayədir, nəinki onun şəxsiyyətini sındırmaq. Misal üçün, müharibələrin artması nəticəsində qadınların başsız qalıb, nəticədə yollarını azması təhlükəsi yarana bilər. Lakin çoxsaylı evlənmələrə icazə vermək qadın cinsinə xidmət etməklə yanaşı, qadını ləkələnməkdən qoruyur.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |