» » İkinci dəfə günaha batmamaq və tövbəmizin davamlı olması üçün nə etməliyik?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İkinci dəfə günaha batmamaq və tövbəmizin davamlı olması üçün nə etməliyik?
0
Müəllif: Aşiqi Rüqəyya | 20-06-2016, 14:00 | Baxılıb: 1 341


Sual: İkinci dəfə günaha batmamaq və tövbəmizin davamlı olması üçün nə etməliyik?
Ətraflı cavab: Tövbənin davamlı olması zəruridir. Əgər insan "nəfsi-əmmarə”nin (günaha sürükləyən nəfsin) vəsvəsəsilə günaha mürtəkib olarsa, tövbə etməlidir. Sonra "nəfsi-ləvvamə” (danlayan nəfs və ya vicdan) – mərhələsinə çatmalı və "nəfsi-mütməinnə” (aram nəfs) əldə edənə qədər vəsvəsələrin kökünü kəsməlidir.
Digər tərəfdən, əgər insan hər bir günaha görə tövbə edərsə, tövbəsini qorumaq üçün diqqətli olmalı və Allahla bağladığı əhdə əməl etməlidir. Başqa ifadə ilə desək, günaha görə tövbə edərsə, lakin həmin günahdan cüzi də olsa ürəyində qalarsa, mübarizə aparmalı və bu yolda cihad etməlidir. Bu minvalla mücahidlərin sırasında dayanmalıdır.
Bəzi əxlaq alimləri səmərəsiz və ya az nəticəsi olan tövbə haqda tədqiqat aparmış və düşünmüşlər ki, görəsən, günahlar qarşısında cihad edən tövbəkar şəxsin, yoxsa, günahın kökünü qəlbindən qoparan şəxsin tövbəsi üstündürmü?
Bunlardan hansının üstün olması o qədər də mühüm məsələ deyil. Mühüm olan budur ki, tövbə edən şəxs hansı yollara əl atmalıdır ki, keçmişdə etdiyi günahlarına bir daha dönməsin. Buna nail olmaq üçün bir neçə işi yerinə yetirmək lazımdır:
1. Günah məclislərində iştirak etməmək və günah olan mühitdən ayrılmaq lazımdır, çünki tövbə edən şəxs hələ ilk günlərdə günaha yaxın olur və zərər görür. Buna yataqdan yeni qalxmış xəstəni misal çəkmək olar. Əgər xəstə yenidən mikroblarla dolu olan mühitə getsə, təzədən həmin xəstəliyə yoluxması mümkündür. Habelə, uyuşdurucunu yeni tərk etmiş narkoman təzədən həmin mühitə qayıtsa, tezliklə narkomanlıq vəziyyətinə qayıdacaqdır.
2. Keçmişdə onu günaha tərəf sürükləyən dost və tanışlardan imtina edərək uzaqlaşmalıdır.
3. Onda günahla bağlı vəsvəsələr yaransa, Allahı xatırlamalıdır, çünki Allahı yad etmək qəlblərə aramlıq gətirir).
(«الا بِذِکْرِ اللَّهِ تَطْمَیِنُّ الْقُلُوبُ»(2))
4. Həmişə ona zərər yetirən günah barəsində fikirləşməlidir. Qəflət yuxusuna getməməli və ölümcül günahın təsirini yaddan çıxarmamalıdır ki, günahın təsiri onda inkişaf edib hər tərəfdən onun qəlbinə ox kimi sancılmasın.
5. Qədim dastanlardakı müxtəlif günahların təsiri altında bəlalara düçar olan insanlar haqda düşünün. Onların taleyini nəzərdən keçirin. Peyğəmbərlərin düçar olduğu səhvlər haqda mütaliə edin. Misal olaraq, həzrət Adəm (ə) nəyə görə əzəmət sahibi ola-ola Cənnətdən qovuldu. Həzrət Yunis (ə) Allahın qəzəbinə tuş gəldi və balığın qarnında həbs edildi və ya həzrət Yaqub (ə) nəyə görə illər boyu övlad acısı çəkdi?
Yuxarıda sadaladığımız məsələlər haqqında mütaliə etmək şübhəsiz, günahın vəsvəsələrini azaldır və tövbənin davamlı olmasına səbəb olur.
6. Günahlarla bağlı ayrı-ayrılıqda vədə verilmiş işgəncə və cəzalar haqda fikirləşin. Əgər tövbədən sonra təzədən günah etməyə başlasanız, ondan da ardıq cəzalara düçar olacağınızı nəzərə almanız lazımdır.
Tövbə edən insana Allahın lütfü şamil olmuşdur. Belə insan diqqət etməli və Allahın lütfü haqda fikirləşməlidir. Allahın bu lütf və mərhəmətini hifz etməlidir. Ey insan, Allahın sənə nəsib etdiyi bu məqamı asancasına əldən vermə!
7. Bütün gün ərzində düzgün və sağlam proqramlar nəzərdə tutulmalıdır. Abırlı həyat üçün çalışılmalıdır. Allaha bəndəlik və ibadət eləmək üçün sağlam həyat qurmaq lazımdır. İşsiz qalmaq və gününü boş keçirmək günah etməyə dönüş və günahın vəsvəsələrinə zəminə yaradır.
Bir alimdən soruşurlar ki, «الْتَّایِبُ حَبیبُ اللَّهِ» (Tövbə edən Allahın dostudur) hədisinin təfsiri necədir? ("Məhəccətul-bəyza", c. 7, səh. 187)
Cavab verir:
«التَّایِبُونَ الْعابِدُونَ الْحامِدُونَ السَّایِحُونَ الرَّاکِعُونَ السَّاجِدُونَ الْآمِرُوْنَ بِالْمَعْرُوفِ وَ النَّاهُونَ عَنِ الْمُنْکَرِ وَ الْحافِظُونَ لِحُدُودِ اللَّهِ وَ بَشِّرِ الْمُوْمِنی.( "Tövbə" surəsi, ayə 112.)
"(Bu möminlər) həmin tövbə edənlər, ibadət edənlər, həmdü-səna deyənlər, oruc tutanlar, (cihad və dini elm kəsb etmək üçün) səfər edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlərə də vət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın dininin təməl və hüdudlarını qoruyanlardır. Bu möminlərə müjdə ver!” (Ayətullah Məkarim Şirazi, "Əxlaq dər Quran")


Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
 
 
Bölmə: Suallar
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.