» » Nəyə görə o biri dünyada insanın tövbəsi məqbul sayılmır?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Nəyə görə o biri dünyada insanın tövbəsi məqbul sayılmır?
0
Müəllif: Aşiqi Rüqəyya | 20-06-2016, 10:00 | Baxılıb: 1 428
 
Nəyə görə o biri dünyada insanın tövbəsi məqbul sayılmır?
 
Sual: Nəyə görə o biri dünyada insanın tövbəsi məqbul sayılmır? 
Ətraflı cavab: İlk öncə insan o dünyada hər bir şeyi öz gözü ilə müşahidə edir. İnsan o dünyada peşmançılıq və tövbə iddiası edirsə, o, daxilən dəyişməmişdir. İnsan ağacda olan meyvəyə bənzəyir və yetişən zaman ağacdan ayrılır. Beləliklə, meyvə ağacda olduğu müddətdə ağacdan asılıdır. Meyvənin inkişaf etməsi, su içməsi, qidalanması, hava qəbul etməsi, şirin olması və rənginin dəyişməsi ağacdakı proses və qanunlara bağlıdır. Meyvə yetişdikdən sonra ağacdan ayrılır. Ağacdan ayrıldıqdan sonra onun ixtiyarında olan bütün imkanlar da aradan gedir. Ağacın üstündən kal vaxtı düşən meyvənin əlində çoxlu imkanları var idi və o tam şəkildə kamilliyinə (yetişməsinə) çata bilərdi. Rəngini dəyişə, həcmini artıra, dadını yaxşılaşdıra, daha da şirinləşə bilərdi, ancaq ağacdan ayrıldıqdan və yerə düşdükdən sonra ona verilən imkanların hamısı da əldən gedir. Yəni, ən son fəaliyyəti və vəziyyəti ağacdan düşənə qədər idi.
İnsan təbiət və dünya ağacının meyvəsidir. Bizim üçün hazırlanmış imkanlar təbiətdə və dünyada mövcuddur. Dünyada bizim üçün yaxşı olmaq imkanı yaranmışdır. Habelə, yaxşı və pis olmaq imkanları da vardır. Biz dünyada olan vaxt dünyanın və təbiətinin qoynundayıq. Biz insanlar bu dünyanın meyvələriyik.
Təbiət ağacının üstündə olduğumuz müddətdə bizim üçün bütün imkanlar mövcuddur. Əgər ibadət etsək, yetişmiş meyvəyə oxşayarıq. Əgər günaha mürtəkib olsaq, çürümüş meyvəyə bənzəyərik. Nəticədə, tövbə də bu imkanlardan biridir. Yəni, təbiət ağaclarının vasitəsilə bizə çatan qidadır. Lakin öldüyümüz vaxt bizə çatmayacaq. Niyə belə olmalıdır? Əgər yadınızdadırsa, öncəki cümlələrdə bu suala cavab verdik və dedik ki, tövbə etmək sadəcə olaraq daxili bir çevrilişdir və bu çevriliş, inqilab, hərəkət və dəyişiklik maddi dünyaya məxsusdur. Həmçinin, insanda baş verən bütün dəyişikliklər bu dünyaya aiddir. Ancaq bu dünyadan getdikdən sonra hər bir şeyin həddi və dərəcəsi olacaqdır və olduğumuz vəziyyətdə də qalacayıq, artıq bütün fəaliyyətlər sona yetəcək.
Buna aid başqa bir misal:
Uşaq nə qədər ki, ananın bətnindədir, anadan qidalanır, ananın vücuduna bağlıdır. Yeməyi, suyu, sağlamlığı və xəstəliyi ananın vücudu sayəsində ona ötürülür. Amma dünyaya gəldikdən sonra anaya olduğu bağlılıq sona çatır. Dünyaya gəldikdən sonra yeni bir nizam ona hakimdir və qabaqkı sistemlə heç bir rabitəsi yoxdur. Beləliklə, insan bu dünyadan getdikdən sonra ona yeni bir nizam hakim olacaq. Həyatı dəyişəcək və bu dünyada olan imkanların heç birindən istifadə edə bilməyəcək. Əməl, tövbə, hərəkət, dəyişiklik və bütün cəhətlər bu dünyaya aiddir.
Həzrət Əli (ə) buyurur:
«الْیَوْمَ عَمَلٌ وَ لا حِسابٌ وَ غَداً حِسابٌ وَ لا عَمَلٌ»
"Ey insanlar! Bu gün , hesab günü yox əməl günüdür, sabah isə əməl günü deyil, hesab günüdür.”
Dünya bəzi əməllərə görə cavab veriləsi yerdir. Dünyada insanın qarşısına çıxan bəzi bədbəxtçiliklər insanın öz əməlinin nəticəsidir. Deməli, düşünməməlisiniz ki, Allah bütün əməllərin cavabını o dünyada verəcək. Xeyr, belə deyil. İnsanın həyatında baş verən pisliklər, onun keçmiş əməllərinin nəticəsi də deyil. Belə fikirləşməyin.
Beləliklə, bu qənaətə gəlirik ki, bu dünyada insanın başına heç bir bəla və hadisə gəlmirsə, bu o demək deyil ki, o insanın əməlləri və hesab-dəftəri pak olub. Görəsən, insanın dünyada bədbəxtçilik və çətinliklərə düçar olması yalnız onun əməllərinə görədirmi? Məsələn, Pakistanda sel gəlməsi və pakistanlıları öldürməsi. Bu onların pis əməllərinə görə idimi? Yəni, Allah təkcə onların əməllərini hesaba çəkdi? Xeyr, belə deyil. İslam bizə bunu öyrətmir. Dünya hesab-kitab yeri deyil, əməl yeridir və axirət isə əksinə əməl yeri deyil, hesab-kitab yeridir. 
Yuxarıda qeyd etdiyimiz məlumatlardan bu nəticəyə gəlirik ki, insanın tövbə etməsi məhduddur. Əgər insan ölümü dadarsa, onun tövbəsi qəbul olmaz. Buna Fironu misal çəkmək olar. Həmçinin, axirət aləmində də tövbə məqbul deyil. Bu barədə sizə məlumat vermişik. 

 
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
 
 
Bölmə: Suallar
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.