فَأَمَّا حَقُّ الصَّلاةِفَأَنْ تَعْلَمَ أنّهَاوِفَادَةٌ إلَى اللهِوَأَنَّكَ قَائِمٌ بهَا بَيْنَ يَدَيِ اللهِ،فَإذَا عَلِمْتَ ذَلِكَكُنْتَ خَلِيقًاأَنْ تَقُومَ فِيهَا مَقَامَ الذَّلِيلِ الرَّاغِب الرَّاهِب الْخَائِفِ الرَّاجِيالْمِسْكِينِ الْمُتَضَرِّعِ الْمُعَظِّمِ مَنْ قَامَ بَيْنَ يَدَيْهِ بالسُّكُونِ وَالإطْرَاقِ وَخُشُوعِ الأَطْرَافِ وَلِينِ الْجَنَاحَ وَحُسْنِ الْمُنَاجَاةِلَهُ فِي نَفْسِهِ وَالطَّلَب إلَيْهِ فِي فَكَاكِ رَقَبَتِكَ الَّتِي أَحَاطَتْ بهِ خَطِيئَتُكَ وَاسْتَهلَكَتْهَا ذُنُوبُكَ. وَلا قُوَّةَ إلا باللهِ.
"Amma, sənin boynunda namazın haqqı budur ki, namazın Allah dərgahına daxil olma vəsiləsi olduğunu biləsən. Onu da biləsən ki, sən namazda olarkən, Allah dərgahında dayanmısan. Bəs bu mətləbə diqqət edib, Xaliqinin müqabilində qərar tutsan, yaxşı olar ki, Allah dərgahında zəlil, təvazökar, Ondan qorxan, ümidvar, miskin, Ona müştaq halətində olasan. Qarşısında durduğunu böyük sanasan. Aram, başı aşağı və bütün əzaların təvazökar halətdə olsun. Onun əzəmətini dərk et, ən gözəl şəkildə dua və razi-niyazla istə ki, səni uçurum kənarına çəkmiş xətalar və günahların əzabından xilas etsin. Güc və qüvvə yalnız, Onun tərəfindəndir!”
İmam Səccad (əleyhissalam) namazın haqqının bəyanında əvvəlcə, namazın əhəmiyyət və əzəmətinə işarə edir. O da budur ki, namaz, yük tutmaq və Allah dərgahına getmək üçün bir vəsilədir. Nəhayət, maddə aləmindən hicrət etmək vasitəsidir.
Namaz, insanı özünə məşğul edən bütün şeyləri unutdurub, arxada qoyur. İnsan bu yolla, İlahi əzəmətə diqqət edib, zülmət və qaranlıq aləmdən nurani bir aləmə daxil olur. Belə bir səfər və hicrət, Həzrətin qeyd elədiyi xüsusiyyətlərlə olmalıdır. Bütün bunlara bəhsimizin ortasında işarə edəcəyik.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi