وَأَمَّا حَقُّ الصَّوْمِ فَأَنْ تَعْلَمَ أَنَّهُ حِجابٌ ضَرَبَهُ اللهُ عَلَى لِسَانِكَ وَسمْعِكَ وبَصَرِكَ وَفَرْجِكَ وبَطْنِكَ لِيَسْتر'َكَ بهِ مِن النَّارِ وَهَكَذَا جَاءَ فِي الْحَديثِ «الصَّوْمُ جُنَّةٌ مِنَ النّارِ» فإنْ سكَنَتْ أَطْرَافُكَ فِي حَجَبَتِهَا رَجَوْتَ أَنْ تَكُونَ مَحْجُوبًا. وَإنْ أَنْتَ تَرَكْتَهَا تَضْطَرِبُ فِي حِجَابهَا وتَرْفَعُ جَنَبَاتِ الْحِجَاب فَتُطّلِعُ إلَى مَا لَيْسَ لَهَا بالنَّظْرَةِ الدَّاعِيةِ لِلشَّهْوَةِ وَالقُوَّةِ الْخَارِجَةِ عَنْ حَدِّ التَّقِيَّةِ للهِ لَمْ تَأمَنْ أَنْ تَخرِقَ الْحِجَابَ وَتَخرُجَ مِنْهُ. وَلا قُوَّةَ إلا باللهِ.
"Amma, orucun haqqı odur ki, biləsən, oruc, Allah-taalanın sənin dilinə, qulağına, gözünə, övrətinə və qarnına qoyduğu örtükdür. Onun vasitəsi ilə özünü atəşdən qoruyursan. Beləliklə, əgər orucu tərk etsən, Allah-taalanın sənə özünü Cəhənnəm atəşindən hifz etməkdən ötrü verdiyi pərdəni cırmısan. Necə ki, hədisdə var: Oruc Cəhənnəm atəşindən örtükdür.
Beləliklə, əgər əzaların və üzvlərin o pərdənin arxasında rahatlansalar, günahdan amanda qalmaq ümidin olsun. Əgər örtüyü tərk etsən, həyəcanlı olarsan. Elə ki, hicab pərdələri götürüldü, nəzərin elə şeylərə düşər ki, ona baxmalı deyilsən. Özünü ondan saxlamaq qüvvəsini azaldarsan. Belə olan halətdə, heç də amanda olma ki, pərdə yırtılıb, ondan içəri düşməyəcəksən! Allahdan başqa heç bir güc və qüvvə gəlməz!”
Ərəbcədən "tərəf" sözü məsdər olub, cəm şəkli "ətraf”dır."Gizlincə bir tərəfə baxdı" dedikdə, mənası budur ki, gözünün çox hissəsini yumub, bir guşəsi, qorxu və ya həya ilə baxır.
"Cunub" sözü ərəbcədən məsdər olub, "cəhət" və "nahiyə" mənasındadır. "Filan kəsin cəhətində oturdum" yəni, onun nahiyəsində qərar tutdum.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi