İmam Həsən (əleyhis-salam): Mən sülh etməsəydim şiələrdən bir nəfər də sağ qalmayacaqdı
Əbu Səid İmam Həsən (əleyhis-salam)-ın hüzuruna gəlib ərz etdi:–Ey Peyğəmbərin oğlu! Nə üçün Müaviyə ilə razılığa gəlib sülh etdin? Halbuki, bilirdin ki, haqq səninlədir, Müaviyə yolunu azmış və təcavüzkardır?
Həzrət buyurdu: Ey Əba Səid, sən məni atamdan sonra Allahın xalqa höccəti, xəlifəsi və itaəti vacib olan İmam bilmirsənmi?
Ərz etdi:–Bəli, bilirəm.
İmam Həsən (əleyhis-salam) buyurdu:–Cəddim Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-din Həsən və Hüseyn–hər ikisi imamdırlar, istər sülh etsinlər, istərsə də müahirəbə deyə buyurduğunu eşitməmisənmi?
Dedi:–Eşitmişəm.
Həzrət buyurdu:–Əgər məni İmam kimi qəbul edirsənsə, bil ki, mən ümumxalq məsləhətini özümün şəxsi mənafe və danılmaz məqamımdan üstün hesab edərək sülh etdim. Mənim Müaviyə ilə bağladığım sülhün səbəbləri eynilə cəddim Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in Bəni Zümrə və Bəni Əşcə tayfaları ilə, Məkkədən qayıdarkan Hüdeybiyyə müharibəsində qoyduğu şərtlərə oxşayır. Səhabələrdən çoxu o həzrəti danlayıb o sülhlə razılaşmadılar.
Mənim Müaviyə ilə bağladığım sülh də eynilə o sülhə oxşayır. Yalnız bir fərqlə ki, onlar Qurana qarşı aşkar kafir idilər, Müaviyə və Bəni-üməyyə hizbi isə zahirdə müsəlman, batində isə kafirdirlər. (Daha sonra bu sülhün səhih və əzəmətli bir iş olduğunu təkid etmək üçün buyurdu:) Musa və Xızrın hekayəsini eşitməmisən? Xızr salamat gəmini deşdi, oğlanı öldürdü və köhnə divarı təmir etdi. Musanın bu işlərin sirrindən xəbəri yox idi. Xızr bu işlərin hikmətini deyəndə Musa onun işlərinin düz olduğunu qəbul etdi. Siz də mənim işimin hikmət və fəlsəfəsini dərk edə bilməzsiniz. Əlbəttə zamanın keçməsi bu işlər barəsində səhih mühakimə yürüdəcək, onun sirrlərini sizin üçün bəyan edəcəkdir. Hələlik bu qədər bilin ki, əgər mən sülh etməsəydim, bizim işə və dostlarımızdan bir nəfər də sağ qalmaz, hamısı qətlə yetirilərdi. Mən qan tökülməsinin qarşısını almaq üçün öz haqqımdan keçdim və dinin əbədi qalması naminə sülh etdim.
Kitabın adı: İmam Həsən və Hüseynin (ə) başına nələr gəldi
Müəllif: Məhəmmədhəsən Musəvi Kaşani