İmam Həsən (əleyhis-salam)-ın qarşısında iki yol
Kufəlilərin Müaviyə ilə döyüşə hazır olmadığı bir həqiqət kimi üzə çıxdığı və onlara hüccət tamam olduğu zaman İmam Həsən (əleyhis-salam)-ın qarşısında yalnız iki yol qalmışdı: ya həmin azsayı qoşun ilə döyüşü davam etdirsin, ya da Müaviyə ilə sülh edib xilafətdən kənara çəkilsin.
Birincinin nəticəsi gün kimi aydın idi. Çünki, bir tərəfdən həqiqi dostların azlığı, digər tərəfdən isə münafiqlərin, iğtişaşçıların hiylələri ilə belə, müharibə hökmən ağır məğlubiyyətlə nəticələnəcəkdi. Çünki İmam Həsən (əleyhis-salam) bir ümmətin rəhbəri kimi döyüşə girdiyi üçün bəziləri onunla bir olacaqdı. Amma onlar ətrafda pərakəndə halda olan xalis şiələr idi. Hətta əgər onlar bir yerə yığışsaydılar belə, İmam Həsən (əleyhis-salam) iki cəbhədə vuruşmalı olacaqdı. Birinci cəbhə Müaviyə və onun döyüşçülərindən ibarət olan xarici dəstə, ikinci cəbhə isə daxildəki münafiqlər, yəni Müaviyənin tərəfini saxlayan, müsəlmançılıq əqidələri olmayan və Əhli-beyt (əleyhimüs-salam) ilə düşmən olan, ya da heç olmasa Əhli-beyt və İmam Həsən (əleyhis-salam)-ı tanımayan zahiri müsəlmanlar idi. Buna görə də Həzrət bu cür vəziyyətdə ikinci yolu–sülhü seçərək xilafətdən əl çəkdi ki, heç olmazsa, müsəlmanların qanlarının axıdılmasının, daxili müharibənin genişlənməsinin qarşısını alsın.
Kitabın adı: İmam Həsən və Hüseynin (ə) başına nələr gəldi
Müəllif: Məhəmmədhəsən Musəvi Kaşani