İmam Həsən (əleyhis-salam)-ın sülhü Həzrət Xızrın işi kimi idi
İmam Həsən (əleyhis-salam) Müaviyə ilə sülh etdikdən sonra camaatın və Kufə böyüklərinin bəziləri onun hüzuruna gəlir, məzəmmət edərək deyirdilər:
–Niyə Müaviyə ilə beyət etdin?
Həzrət onlara deyirdi:
–Vay olsun sizə, mənim nə etdiyimi bilmirisiniz? Allaha and olsun ki, mənim şiələr üçün etdiyim yaxşılıq günəşin saçıdığı şeylərin hamısından daha yaxşıdır! Siz bilmirsiniz ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in aşkar buyurduğuna görə sizin mənə itaət etməyiniz vacibdir və mən, behiştin ən yaxşı iki cavanından biriyəm?
Dedilər:
–Bəli bilirik.
Həzrət buyurudu:
–Bilmirsiniz ki, Xızrın etdiyi iş Musanın qəzəblənməsinə səbəb oldu? Çünki o işlərin hikməti Musa üçün gizli idi, Xızrın etdiyi işlər də Allahın yanında eynilə hikmət və düz iş idi. Bilmirsiniz ki, Qaim (əleyhissalam) istisna olmaqla biz imamların hamısı zalım xəlifənin yaşadığı zamanda onlara beyət edəcəkdir? Amma təkcə Həzrət Qaim (əleyhissalam) zalım xəlifəyə beyət etməyəcək, Həzrət İsa (əleyhis-salam) onun arxasında namaz qılacaq. Allah onu gözlərdən gizlədəcək ki, heç bir zalım və tüğyançı ona qalib olmasın. O, qardaşım Hüseynin doqquzuncu övladı olacaqdır. Allah yer üzü tamamilə zülmlə, ədalətsizliklə dolana qədər onun ömrünü və qeybdə olma müddətini uzadacaqdır. Allah onun əli ilə yer üzünü haqq-ədalətlə dolduracaq. Allah onu qırx yaşına çatmamış bir cavan kimi zahir edəcəkdir. Bunların hamısı Allahın qüdrətindəndir ki, insanların məsləhətini onda bilir. Mənim bu sülhüm də tarixin sizin məsləhətinizə tamam olan həssas nöqtəsidir.
Kitabın adı: İmam Həsən və Hüseynin (ə) başına nələr gəldi
Müəllif: Məhəmmədhəsən Musəvi Kaşani