Həzrət Əli (ə) vəsfə sığmır
Əlinin (ə) vücudu o qədər genişdir ki, insan valeh qalır ki, haradan başlayıb, harada qurtarsın. Əmir əl-mömininin (ə) həqiqətini sözlə ifadə etmək mümkün deyil. Bunu dərk etmək üçün nəfs və təbiət zülmətindən xaric olmaq, nurani göz ilə aləmə baxmaq lazımdır. Çünki zülmət dünyası nur aləmini anlaya bilməz. "Nuru yalnız nur dərk edə bilər”. Çünki uyğunluğun olması lazımdır. "Nurla zülmət eynidirmi?” Nadanlıq və elm, həqiqət və məcaz bir yerə toplana bilməz.
İnsan özünə qayıtmalı, əvvəl özünü təbiət və bağlılıqlar aləmi olan zülmətlər aləmindən xaric etməlidir.
Bundan sonra Əmir əl-möminin Əliyə (ə) baxmalıdır. Əlinin (ə) yerində kimi görmək olar? Peyğəmbərin (s) yerində kimi qoymaq olar? Qədiri-Xumun mənası budur ki, Peyğəmbər (s) üçün bir nəfər canişin tapılmışdır. Peyğəmbərin (s) yerində dayana bilən bir nəfər tapılmışdır. Allah, Quranda Peyğəmbərə (s) buyurur: "And olsun sənin canına!” Peyğəmbərin (s) əzəmətinə diqqət edin. Bu hansı candır ki, Allah ona and içir?! Allah, onun üçün həzrət Əlini (ə) canişin təyin etmişdir. Peyğəmbərin (s) yerini Əlidən (ə) başqa heç kim tuta bilməz.
Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu